SON XƏBƏRLƏR

Hacı Əlikram Əliyev «Səhər-2»yə nələri etiraf edib?

2021.10.20, 07:36
Hacı Əlikram Əliyev «Səhər-2»yə nələri etiraf edib?

Gunaz.tv
Hacı Əlikram Əliyev «Səhər-2»yə nələri etiraf edib? 25 Aprel, 2009, 2:19 Güney xəbərləri 165 dəfə baxılıb Şərh yaz Islam Partiyasının sabiq sədri Iranın ali dini lideri Seyidəli Xamneyinin əmr gözlədiklərini bildirib Iranın “Səhər-2″ televiziyası Azərbaycan Respublikasına qarşı təxribatlarını davam etdirir. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru, güneyli politoloq Aslan Xalidi ”Olaylar”a açıqlamasında deyib ki, aprelin 23-də telekanalın “Kompas” proqramının qonağı Islam Partiyasının sabiq sədri Əlikram Əliyev olub. Aparıcının yönəldici suallarını cavablandıran Əlikram Əliyev “sionizmi” lənətləyib, Iran prezidenti Mahmud Əhmədinejadın Avropada keçirilən sammitdə Israili lənətləməsini təqdir edib. Aslan Xalidinin sözlərinə görə, hissə qapılmış Ə.Əliyev Iranın ali dini lideri Seyidəli Xamneyinin əmrini gözlədiklərini, Azərbaycanda da islam dövləti quracaqlarını bildirib. Nardaranlı hacı Bakıdakı “sionistləri” və “Israilə işləyənləri” də hədəfə alıb, hədələyib. Məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirən A.Xalidi Iran casuslarına qarşı ölçü götürülməsini vacib sayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar