SON XƏBƏRLƏR

Ərdoğanın babasını ermənilər öldürübmüş!

2021.10.20, 07:36
Ərdoğanın babasını ermənilər öldürübmüş!

Gunaz.tv
Ərdoğanın babasını ermənilər öldürübmüş! Türkiyəli tarixçi: “Bu olayı ən yaxşı baş nazirimiz bilir, susmaq vaxtı deyil” Türkiyə tarixçisi Cezmi Yurtsevər Baş nazir Rəcəb Tayyib Ərdoğanın babasının erməni və ruslara qarşı savaşda öldürüldüyünü iddia edib. Lent.az-ın “Habertürk”ə istinadən məlumatına görə, Osmanlı arxivində araşdırma apardığını bildirən Yurtsevər Ərdoğanı gerçəkləri açıqlamağa dəvət edərək, “Bu olayı ən yaxşı baş nazirimiz bilir. Susmaq zamanı deyil. Babanızın hekayətini açıqlamağın zamanıdır” deyib. Seyhan Kültür Mərkəzində Çukurova Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi toplantıda çıxış edən Yurtsevər deyib ki, Osmanlı arxivindəki 50 milyon mənbəni nəzərdən keçirib: “1916-cı ildə erməni və ruslar Trabzon və Rizəni işğal etdilər. Rus əsgərlərinin dislokasiya olunduğu ərazilərdə yerli müqavimət hərəkatları vardı. Baş nazirimiz Ərdoğanın babası Maqatlı Rəcəb o bölgənin sayılan bir ailəsinin mənsubu olaraq bu hərəkata qatıldı. Döyüşlərin birində öldürüldü. Bu gün bu olayın tarixi pərdəarxasını ən yaxşı hörmətli baş nazirimiz bilir. Susmaq zamanı deyil, babasının hekayətini açıqlamağın zamanıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar