SON XƏBƏRLƏR

Məşədi Əzizbəyovun Bakıdakı heykəli götürüldü

2021.10.20, 07:36
Məşədi Əzizbəyovun Bakıdakı heykəli götürüldü

Gunaz.tv
Məşədi Əzizbəyovun Bakıdakı heykəli götürüldü Bir neçə saat əvvəl Məşədi Əzizbəyovun Bakının Yasamal rayonunda yerləşən heykəli götürülüb. Lent.az xəbər verir ki, heykəl götürülərkən Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları da ərazidə olublar. Onlar heykəlin restavrasiyadan sonra yenidən yerinə qaytarılacağını deyiblər. Rəsmilər heykəlin gec saatlarda götürülməsinin səbəblərinə aydınlıq gətirməyiblər. Xatırladaq ki, Məşədi Əzizbəyov heykəli 1976-cı ildə ucaldılıb. Əsər memar Tokay Məmmədova məxsusdur. Qeyd edək ki, bir müddət əvvəl isə Sahil bağında 26 Bakı Komissarlarına məxsus cəsədlərin köçürülməsi zamanı da Məşədi Əzizibəyovla bağlı insident yaranmışdı. Belə ki, M. Əzizibəyovun nəvəsi Mehdi Əzizbəyov onların əraziyə gec çağırıldıqlarını demişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar