SON XƏBƏRLƏR

Əhmədinecadın irqçilikdən danışmağa haqqı varmı?

2021.10.20, 07:36
Əhmədinecadın irqçilikdən danışmağa haqqı varmı?

Gunaz.tv
Əhmədinecadın irqçilikdən danışmağa haqqı varmı? Türk və yəhudi soyqırımını tanımayan Tehran 24 apreldə kimə yas saxlayır? Tehranın anti-Israil siyasəti Əhmədinecad prezident seçdirildikdən sonra daha da qabarıq və şiddətli formada özünü göstərdi. Onun ilk çıxışlarından biri “ikinci dünya müharibəsi zamanı yəhudilərə qarşı heç bir soyqırımın törədilmədiyi, bunun ancaq sionizmin və onu dəstəkləyənlərin oydurması olduğu” haqda bəyanat oldu. Bu tip bəyanatların üzdə Tehran rejiminin Israillə ideoloji düşmənçilik siyasətindən irəli gəldiyi ilə yanaşı həm də, Israil timsalında ciddi xarici düşmən və təhlükə obrazı yaradaraq daxilə yönəlik siyasəti tənzimləyib, hər bir etiraz cəhdi və narazılığı onunla əlaqələndirərək susdurmağa xidmət edirdi. Bu bu gün də belədir. Bunun başqa səbəblərindən biri isə Amerika-Avropa rəqabətindən öz hakimiyyətləri xeyrinə yararlanmaq niyyətidir. Dünyanın bir çox yerlərində, özəlliklə Orta Doğuya nəzarət uğrunda Amerika-Avropa arasında on illərdir ciddi rəabət mövcuddur. Orta Doğuda isə Amerikanın ən yaxın və etibarlı müttəfiqi Israil dövlətidir. Tehran rejimi öz növbəsində bölgədə Amerikanın ən yaxın müttəfiqini hədəf seçməklə Avropanın dəstəyini qazanmaq, ən azından Avropanın Tehrana qarşı siyasətini yumuşaltmağa çalışır. Tehranin bu siyasi xətti yola salmadığımız həftə Cenevrədə keçirilən “irqçiliyə qarşı konfrans”da özünü bir daha göstərdi. Əhmədinecad özünün məlum bəyanatlarını yenidən səsləndirərək qalmaqal yaradıb, ikinci dünya mühaibəsi dövründə milyonlarca insanın həyatına son qoymuş Faşistlərə dolayısı ilə bəraət qazandırmağa çalışdı. bu hərəkət demokratik dövlətlər, normal mədəni cəmiyyətlər üçün təəccüblü olsa da, Əhmədinecad və onun təmsil etdiyi sistemin ən təbii hərəkətdir. Bu günki “Islam Respoblikası” əslində, bir çox xarakterlərinə görə, keçmiş Pəhləvi hakimiyyətinin mahiyyətini qoruyub saxlayaraq, onun fomasını dəyişmiş uzantısı və davamçısıdır. Yəhudilərə qarşı soyqırım törədilən ikinci dünya müharibəsi zamanı Güney Azərbaycan və bu günki Iranın farslar yaşamayan başqa əyalətlərində yaranmış şəraitdən istifadə edərək öz milli-mədəni haqlarının təmini və sosial problemlərin həllini istəyən on minlərlə insan Əhmədinecadın sələflərinin vasitəsi ilə qətlam olundu. Həmin dövr bir neçə gün ərzində təkcə Güney Azərbaycan şəhər və kəndlərində 30 min insan faciəli şəkildə öldürüldü, on minlərlə insan həbs edildi və ya ölkədən didərgin salındı. Pəhləvi rejimi devrildikdən sonra da çoxsaylı müraciətlərə baxmayaraq, həmin hadisələrə “Islam hakimiyyəti” heç bir hüquqi qiymət vermədi. Bu hadisələri “Iranın torpaq bütövlüyünə qarşı çıxanların haqlı cəzalandırılması” adlandıraraq, kütləvi qırğınlara bəraət və haqq qazandırdı. Bu, islahatçı Xatəmi dövründə də beləydi, ondan öncə də, bu gün mühafizəkar Əhmədinecad dövründə də belədir. Tehranın belə fərqli və eybəcər yanaşma tərzi Azərbaycan Respoblikası ilə münasibətlərdə də özünü göstərməkdədir. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Tehran rejimi bütün mövcud imkanlarından bəhrələnərək Azərbaycan Respublikasına təzyiq və təsir göstərməyə, təxribat törətməyə çalışır. Bu günə kimi Azərbaycan Respublikasında ifşa edilmiş Tehran casusları və alaltılarının sayının çoxluğu da bunlara sübutdur. Maraqlıdır ki, “Islam hakimiyyəti” Fələstin, Livan, Əfqanistan, Iraq və başqa bu kimi ölkələrdə özünün yatardığı terror təşkilatlarına bağlı hər hansı bir şəxsin burnunun qanamasını “xiristiyanların müsəlmanlara qarşı səlib yürüşü” adlandırır. Ancaq qonşuluğunda baş verən ən böyük insan faciəsinə biganə və laqeyd yanaşaraq faciə səbəbkarları ilə ilişgilərini daha da möhkəmləndirir. Hər il Xocalı faciəsinin ildönümü günü Güney Azərbaycan və türklər yaşayan başqa əyalətlərdə Xocalıda qətlə yetirilən insanların anma mərasimlərinə, tədbirlərinə qadağa qoyur. Belə təşəbbüslərdə bulunanları isə ən ağır şəkildə cəzalandırır. Bu faciə və soyqırımın iştirakçıları olan Ermənistan rəsmiləri ilə dostluq-qardaşlıq əlaqələrini günü-gündən genişləndirir. Işğalçı dövlətin ayaqda durması üçün hərtərəfli yardımlarda bulunması məlum olduğundan isə bu haqda əlavə şərh verməyə ehtiyac yoxdur. Hər il olduğu kimi, bu il də “Islam hakimiyyəti”nin erməni sevgisi 24 apreldə özünü bir daha göstərdi. Təbriz, Urmiya, Tehran və Isfahan şəhərlərində ermənilərin dini-ictimai yerlərdə qondarma “soyqırım” gününü qeyd etmələrinə, hər zaman olduğu kimi, Türkiyə-Azərbaycan əleyhinə şüarlar səsləndirmələrinə ən yüksək səviyyədə şərait yaradıldı. Güneydən olan məlumatlara, habelə farsdilli erməni saytlarının yazdıqlarına görə, ermənilər, Ermənistan səfirliyinin nümayəndələri və “ermənisevər” farsların təntənəli tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün “Islam Keşikçiləri Qvardiyası” böyük xidmət göstərib. Yuxarıda adı çəkilən şəhərlərin mərkəzi meydan və küçələri 24 aprellə bağlı Irəvan və Isfahanda çap edilən çox sayda afişa və elanlarla “bəzədilib”. Sonda onu da qeyd etmək lazımdır ki, ermənilərə belə tədbirləri həyata keçirmək üçün dövlət səviyyəsində yardım edən Əhmədinecad hakimiyyətinin iki il öncə 26 fevralda Təbriz məscidində Xocalı şəhidlərini anma mərasimini keçirməkdə günahlandırdığı gənclər hələ də həbdədirlər. Cavidan Elbars

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar