SON XƏBƏRLƏR

ƏRDOĞAN AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJ GÖNDƏRİB: “BİR ÇOX FİTNƏ ÜNSÜRLƏRİ BOŞ DURMUR”

2021.10.20, 07:36
ƏRDOĞAN AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJ GÖNDƏRİB: “BİR ÇOX FİTNƏ ÜNSÜRLƏRİ BOŞ DURMUR”

Gunaz.tv
ƏRDOĞAN AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJ GÖNDƏRİB: “BİR ÇOX FİTNƏ ÜNSÜRLƏRİ BOŞ DURMUR” Rəcəb Teyyub Ərdoğan Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Ankaraya səfər etmiş azərbaycanlı qadın deputatları növbəti dəfə sərt şəkildə tənqid edib. dünən rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının vilayət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərindən də danışıb: “Can qardaşım Azərbaycanın hüququnu hər addımda qoruyuruq. Təbii, bir çox fitnə ünsürləri boş durmur. Biz bu fitnə ünsürlərini izləyirik, təqib edirik. Azərbaycandan buraya gələnlər olur, burda yalan-yanlış sözlərlə ortalığı qarışdırmaq istəyirlər. Buradan da Azərbaycana gedib yalan-yanlış xəbərlərlə oraları qarışdırmaq istəyənlər olur…” Ərdoğan Azərbaycan hakimiyyətinə də üstüörtülü xəbərdarlıq edib: “Əgər yuxarı səviyyədəki idarəçilər bu oyunlara uyarlarsa, biz buna üzülərik. Azərbaycanla bağlı siyasəti milli dava olaraq görən iqtidara bu cür yapışdırmaları qəbul etməmiz mümkün deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar