SON XƏBƏRLƏR

İSTANBULDA ATIŞMA GEDİR

2021.10.20, 07:36
İSTANBULDA ATIŞMA GEDİR

Gunaz.tv
İSTANBULDA ATIŞMA GEDİR Türkiyənin İstanbul şəhərində terrorçulara qarşı yeni genişmiqyaslı əməliyyat başlayıb. Şəhərin Bostançı adlanan səmtində əməliyyat 4 saatdır davam edən atışma ilə nəticələnib. “Media forum” xəbər verir ki, aprelin 27-nə keçən gecə başlayan və “Devrimçi Qərargah” adlanan terror qruplaşmasını hədəf alan əməliyyatda 11 nəfər həbs olunub, xeyli silah-sursat ələ keçirilib. Bostançıda ikisi qadın, biri kişi olmaqla 3 terrorçu təslim olmaq istəməyib və polisə atəş açıb. İstanbulun polis rəisi Cəlaləddin Cərrahın rəhbərlik etdiyi əməliyyata vertolyotlar da cəlb olunub. Bostançıya gedən bütün yollar bağlanıb. Atışmadan reportaj hazırlayan NTV televiziyasının kameramanı və bir vətəndaş yaralanıb. İstanbul valisi Müammər Gülər şəhərdə aşırı sol, bölücü və radikal təşkilatlara qarşı əməliyyat başladıldığını, bu saata qədər 7 polis məmurunun yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib. O qeyd edib ki, axtarılan şəxslər əvvəllər hərbi birliklərə, siyasi partiyaların binalarına bomba atmaqda və hazırda da terror aktı hazırlığında olmaqda şübhəli bilinirlər. Valinin açıqlamasından sonra məlum olub ki, vəziyyəti ağır olan polis dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar