SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİ TƏNQİD ETDİYİ ÜÇÜN QARDAŞINI TUTDULAR...

2021.10.20, 07:36
İRAN ADLANAN YERİ TƏNQİD ETDİYİ ÜÇÜN QARDAŞINI TUTDULAR...

Gunaz.tv
Azərbaycanlı molla isə “millətim zindanda ikən özümü azadlıqda saya bilmərəm” dedi “Prezident Barak Obama Türkiyədə olanda ABŞ televiziyalarının birinə müsahibə vermişdim. Obama açıqlamalarının birində demişdi ki, İran hökuməti ya nüvə silahı, ya da xalqın gələcəyi haqqında düşünməlidir. Məndən bu fikirlərə münasibət öyrəndilər. Mən də dedim ki, İran hökuməti daha çox öz xalqının gələcəyi haqqında düşünməlidir. Həmin müsahibədən sonra İranda qalıb yaşayan qardaşımı məhkəməyə çəkdilər. Ona qarşı iki maddə irəli sürülüb. Qardaşımı indi 12 il həbs cəzası gözləyir”. Bunu “Azadlıq” radiosuna hazırda Türkiyədə xanımı ilə siyasi qaçqın kimi yaşayan vəkil Saleh Kamrani deyib. S.Kamraninin qardaşı 4 il əvvəl həbs edilib. O, sonradan həbsdən azad edilsə də, cinayət işi xətm edilməyib. İndi yenidən onu həmin ittihamlarla məhkəməyə çəkirlər. O deyir ki, bir vəkil kimi İranda əsasən siyasi proseslərdə iştirak edən azərbaycanlıların hüquqlarını qoruyub. Elə İranda ikinci həbsi də sırf vəkillik fəaliyyəti ilə bağlı olub. S.Kamrani cəmi 36 yaşı olsa da, ağzındakı dişlərinin yalnız 14-nün təbii olduğunu söylədi. Dişlərinin bir çoxunu elə İranın həbsxanalarında itirib. Üstəlik, başından zərbə aldığından, gözlərinin biri zəifləməyə başlayıb. Ancaq hazırda S.Kamranini daha çox narahat edən İranda qalan ailə üzvlərinin taleyidir. İndi Türkiyədən ABŞ və ya Kanadaya getmək istəyən S.Kamrani Azərbaycana gəlmək haqqında düşünmür: “Torpaqlarının 20 faizi işğal edilən Azərbaycana bizim bir yardımımız dəymədi. Barı indi ona dərd-sər verməyək”. Yeri gəlmişkən, bu günlərdə güneyli molla Əbdüləzim Əzimiqədim həbsdən buraxılıb. Lakin o, azadlıq münasibətilə təbriklərə cavab olaraq “millətim zindanda ikən özümü azadlıqda saya bilmərəm” deyərək çoxlarını şaşırdacaq reaksiya verib. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar