SON XƏBƏRLƏR

PKK-nın ƏSAS GƏLİR MƏNBƏYİNİ YOX ETMƏK PLANI

2021.10.20, 07:36
PKK-nın ƏSAS GƏLİR MƏNBƏYİNİ YOX ETMƏK PLANI

Gunaz.tv
PKK-nın ƏSAS GƏLİR MƏNBƏYİNİ YOX ETMƏK PLANI Terror təşkilatına qarşı Azərbaycanın da daxil olduğu xüsusi mərkəz yaradılır Türkiyə PKK-ya qarşı mübarizə üçün Azərbaycan da daxil olmaqla 10 ölkə ilə anlaşma əldə edib. Xəbəri Türkiyənin “Samanyolu” televiziyası yayıb. AKP-yə bağlı bu telekanalda yer alan xəbərə görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əldə edilən anlaşmanın mərkəzində Türkiyə yer alır, eyni zamanda Əfqanıstan, İran və Pakistan bu planın əsas tərəfdaşlarıdır. Plana görə, PKK-nın maliyyə qaynaqlarına və nüfuz sahələrinə yönələn birgə əməliyyatlar, tədbirlər və hər cür kəşfiyyat fəaliyyətləri bu dörd ölkə ilə birlikdə həyata keçiriləcək. Bildirilir ki, Türkiyənin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatının qaçaqmalçılıq və gömrük cinayətlərinə qarşı mübarizə üçün məlumat bazasının qurulmasına dair anlaşma imzalanıb. Bununla da Türkiyə də daxil olmaqla 10 ölkə narkotik tranzitinə qarşı mübarizə üçün ortaq mərkəz qura biləcək. Anlaşmaya görə, mərkəz Ankarada yerləşəcək. Mərkəzin digər üzvləri isə Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Türkiyə parlamentində ratifikasiya olunan beynəlxalq anlaşma prezident Abdullah Gülün imzasından sonra həyata keçiriləcək. Məlumat bazasında narkotik ticarəti ilə bağlı şəxslər haqqında məlumatlar toplanacaq, bir ölkədən alınan məlumatlar qarşılıqlı anlaşma əsasında digər ölkəyə və ya beynəlxalq qurumlara veriləcək. Məlumat bazasındakı informasiyalar məxfi saxlanılacaq, mərkəzin məsrəflərini Türkiyə ödəyəcək. Gözlənilir ki, bu anlaşma PKK-nın ən böyük gəlir qaynağı olan narkotik ticarətini dayandıra biləcək. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar