SON XƏBƏRLƏR

Mübariz Əhmədoğlu: "İndiki Türkiyə özünü çox aciz aparır"

2021.10.20, 07:36
Mübariz Əhmədoğlu: "İndiki Türkiyə özünü çox aciz aparır"

Gunaz.tv
Mübariz Əhmədoğlu: "İndiki Türkiyə özünü çox aciz aparır" Politoloq hesab edir ki, əgər rəsmi Ankara Ermənistanla sərhədləri açırsa, deməli onun boynuna qoyublar ki, Ermənistanı özünə ağa eləsin Türkiyənin apardığı indiki siyəsəti nəzərə alsaq, onda heç nəyi istisna etmək olmaz. Bu barədə ANSPRESS-ə politoloq Mübariz Əhmədoğlu Türkiyənin Milli Təhlükəsizlik Komitəsində aprelin 28-i sərhədlərin açılması ilə bağlı aparılacaq müzakirələri şərh edərkən deyib. “Son dövrlərin Türkiyəsi özünü gərgin və mürəkkəb vəziyyətə salıb. Türkiyə özünü elə aciz və zəif aparır ki, ola bilər ki, hətta Türkiyə Ermənistanın Türkiyə qarşısında irəli sürdüyü iddialarda haqlı olduğunu, Türkiyə cəmiyyətinin Ermənistana borclu olduğunu da qəbul eləsin”, deyə M. Əhmədoğlu qeyd edib. Politoloqun sözlərinə görə, Türkiyədə 70 min erməni vətəndaşı yaşayır və bu 70 min erməninin hər biri öz ölkəsinə ildə 8 min göndərsə, bu, 560 min dollar pul edir. "Deməli, ildə Türkiyədən Ermənistana 500- 560 min dollar pul gedir. Türkiyənin dövlət naziri Egemen Bağış, bunu etiraf edir, amma qarşısını ala bilmir. Əgər rəsmi Ankara bunun qarşısını almırsa, Ermənistana pul verirsə, sərhədləri açırsa, deməli Türkiyənin boynuna qoyublar ki, Ermənistanı özünə ağa eləsin". Qeyd edək ki, aprelin 28-də Türkiyənin Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Türk xəbər saytlarının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, iclasda Ermənistanla sərhədlərin açılması məsələsi müzakirə ediləcək. Burada həmçinin, PKK terrorçuları üçün mümkün amnistiya və türk qoşunlarının Əfqanıstanda yerləşdirilməsi məsələləri müzakirə ediləcək. İclas prezident Abdulla Gülün sədrliyi ilə keçiriləcək. Kəmalə Ramazanova /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar