SON XƏBƏRLƏR

Meksikada donuz qripindən 103 nəfər dünyasını dəyişib

2021.10.20, 07:36
Meksikada donuz qripindən 103 nəfər dünyasını dəyişib

Gunaz.tv
Meksikada donuz qripindən 103 nəfər dünyasını dəyişib Virusa yoluxmuş 1614 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilir Meksikanın səhiyyə naziri Xose Anxel Kordova donuz qripindən 103 nəfərin dünyasını dəyişdiyini təsdiq edib. Virusa yoluxmuş 1614 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilir. Qeyd edək ki, bir qədər əvvəl təhlükəli «H1 N1» virusundan 22 nəfərin öldüyü bildirilmişdi. İndiyə qədər bu virusun adi şəraitdə hevanlardan insana keçməsi halı qeydə alınmamışdı. «H1 N1»- donuz virusunun sürətlə yayılması ilə bağlı Meksikda ciddi tədbirlər görülür. Bütün kütləvi tədbirlər təxirə salınıb. İnsanlara virusa yoluxmamaq üçün təhlükəsizlik təlimatları verilir. Bu ölkədəki ABŞ səfirliyi viza verilməsini dayandırıb. Amerikada donuz qripinə 20 yoluxma halı qeydə alınıb. Braziliyida virusa yoluxduğu güman edilən 1, İspaniyada isə 8 nəfər xəstəxanaya yerləşdirilib. Eyni zamanda 6 Kanada vətəndaşında da donuz qripi aşkarlanıb. İki müstəqil qrupun tərkibində Meksikada olmuş yeni zelandiyalı gənclərin də bu virusa yoluxduğu güman edilir. Bununla bağlı, 40 nəfər könüllü olaraq ev şəraitində karantinə götürülüb. Meksikada səfərdə olmuş 2 avstraliyalı epidemiyaya yoluxma şübhəsi ilə Kvinslend ştatında xəstəxanaya yerləşdirilib. İsrail, Fransa və Britaniyada da donuz qrpinə yoluxma hallarının mövcudluğu istisna edilmir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen bəyan edib ki, bu epidemiyanın pandemiyaya çevrilmə təhlükəsi var. Təşkilat xəbərdarlıq edib ki, donuz qripi virusu mutasiya nəticəsində daha təhlükəli virusa çevrilə bilər. Artıq dünyanın bir sıra ölkələrində donuz qripinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir. Ümumdünya Bankı quş qripinə qarşı mübarizə aparmaq üçün Meksikaya 205 milyon dollar ayırıb. Meksika prezidenti Felipe Kalderon isə əhalini təşvişə düşməmyə çağıraraq, ölkəsinin donuz qripi virusunu müalicə etmək üçün kifayət qədər dərman preparatlarına malik olduğunu bildirib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar