SON XƏBƏRLƏR

Rusiyada Azərbaycan diasporasının rəhbərlərindən biri qətlə yetirilib

2021.10.20, 07:36
Rusiyada Azərbaycan diasporasının rəhbərlərindən biri qətlə yetirilib

Gunaz.tv
Rusiyada Azərbaycan diasporasının rəhbərlərindən biri qətlə yetirilib Rafiq Məmmədov naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində öldürülüb Rusiyanın Krasnoyarsk vilayətinin Soloncı bağ qəsəbəsində tanınmış azərbaycanlı iş adamı, Azərbaycan diasporasının Krasnoyarsk vilayəti üzrə liderərindən biri Rafiq Məmmədov qətlə yetirilib. Bu barədə "Komsomolskaya Pravda" qəzeti yazıb. İstintaq Komitəsinin verdiyi məlumata görə, R. Məmmədov özünə məxsus "Ford" markalı avtomaşında olarkən naməlum şəxslər ona atəş açıb. Hadisə zamanı iş adamının yanında olan, hələ ki, adları məlum olmayan iki sərnişin də öldürülüb. İstintaq qrupu artıq müəyyən edib ki, cinayətkarlar avtomat və tapançadan atəş açıblar. İşlə bağlı cinayət işi açılıb. Müstəntiqlər hadisə yerindən avtomat və "Makarov" tipli tapança tapıblar. Qeyd edək ki, Krasnoyarsk bazarlarına nəzarət edən, R. Məmmədov 2002–ci ildə vilayət məhkəməsi tərəfindən qanunsuz silah saxlanmasına, banditizm və qətlə cəhdə görə günahlandırılıb. Amma, o, məhkəmənin qərarından Rusiyanın Ali Məhkəməsinə şikayət edib və 2004-cü ildə vilayət məhkəməsi Məmmədova bəraət qazandırıb. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar