SON XƏBƏRLƏR

İran-Misir münasibətləri gərginləşir

2021.10.20, 07:36
İran-Misir münasibətləri gərginləşir

Gunaz.tv
İran-Misir münasibətləri gərginləşir Misir-İran münasibətləri növbəti gərginliyin astanasındadır. Misir yetkililəri Qahirədəki İran səfirini çağıraraq rəsmi Tehranı Hizbullah vasitəsi ilə ölkə ərazisində turistlərə hücum hazırlamaqda ittiham etmişdir. Misir bu ittihamını İranın bu ölkədəki səlahiyyətli nümayəndəsinə etiraz notası verərək bildirmişdir. Bu məqsədlə İran səfiri Məhəmməd Rəcəbi ilə görüşən Misir Xarici İşlər Nazirinin Müavini Məhəmməd Əlzərqani rəsmi Tehranın Misirə qarşı düşmən siyasəti yeritməkdə günahlandırıb və Qahirənin buna səssiz qalmayacağını bildirib. Ancaq İranın Xarici İşlər Naziri Möttəki isə daha əvvəl vediyi açıqlamasında Misirin Hizbullahla bağılı ittihamlar köhnəlmiş olduğunu və rəsmi Qahirənin bu mövqeyi ilə heç bir şeyə nail ola bilməyəcəyini elan edib. Xatırladaq ki, İran və Misirin münasibətləri 30 il əvvəl Misir prezidenti Ənvər Sədatın “Kemp Devid” müqaviləsinə imza qol çəkdiyindən sonra tamamiylə kəsilib. Elə həmin zamandan iki dövlət arasında münasibətlər soyuq şəkildə davam edir. Amma bu münasibətlər Aprelin əvvəlində Misir təhlükəsizlik orqanlarının 49 Hizbullah üzvünü həbs etməsi ilə daha da kəskinləşib. Misir yetkililəri həbs olunların Misir ərazisində başda İsraillilər olmaq üzrə xarici turistlərə qarşı terror əməliyyatları keçirtmək və müxtəlif yerlərdə partlayışlar törətmək hazırlığı içində olduğunu iddia edir. Digər tərəfdən Hizbullahun lideri Şeyx Nəsrullah Misirin bu ittihamların rədd edib. Ancaq Nəsrullah verdiyi açıqlamada Hizbullah üzvlərinin Misirə getdiyini və buradan Qəzza bölgəsinə silahlar aparmağa cəhd göstərdiyini təsdiqləyib. Hər halda, bu hadisə onsuz da yaxşı səviyyədə olmayan İran-Misir münasibətlərinin daha da gərginləşməsinə səbəb olub. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar