SON XƏBƏRLƏR

ABŞ-da «erməni yalanlarına son» mitinqi keçirilib

2021.10.20, 07:36
ABŞ-da «erməni yalanlarına son» mitinqi keçirilib

Gunaz.tv
ABŞ-da «erməni yalanlarına son» mitinqi keçirilib Mitinq iştirakçıları ABŞ-dakı erməni lobbisinin Türkiyəyə qarşı iftira kampaniyası apardığını vurğulayıblar ABŞ-ın Nyu-York şəhərindəki «Times» meydanında «erməni yalanlarına son» və «şəhid diplomatlarını anım» mitinqi keçirilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, təxminən 5 yüz nəfərin iştirak etdiyi mitinq Türkiyə və Amerika himnlərinin oxunması ilə başlanıb. Daha sonra mitinq iştirakçıları erməni terror təşkilatı ASALA tərəfindən qətlə yetirilən Türkiyə diplomatlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Əllərində Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının bayraqlarını tutan mitinq iştirakçıları ABŞ-dakı erməni lobbisinin Türkiyəyə qarşı iftira kampaniyası apardığını vurğulayıblar. Türk nümayişçilərə bəzi amerikalılar da dəstək verib. Mitinqə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Məhmət Samsar da qatılıb. Samsar ABŞ prezidenti Barak Obamanın açıqlamaları ilə bağlı olaraq «Siyasətçilərin tarixi məsələlərdə qərar vermək səlahiyyətlərinin olmadığına inanırıq»,- deyə münasibətini bildirib. Obamanın açıqlamasında 1915- ildə həyatını itirmiş və şəhid olmuş türklərə aid qeyd etmədiyini bildirən Samsar, «Bu, bizim üçün üzücü bir vəziyyətdir. Çünki oradakı hadisələr birtərəfli olaraq çatdırılıb»,-deyə təəssüflənib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar