SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ TƏBRİK MƏKTUBU

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ TƏBRİK MƏKTUBU

Gunaz.tv
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ TƏBRİK MƏKTUBU Güney Azərbaycan Milli Hərəkat fəalı, Güney Azərbaycan İstiqlal Partiyasının keçmiş İngiltərə təmsilçisi Əlirza İmaninin (Elnur Mərəndli) durumu ilə bağlı tebriklər yayilib Güney Azərbaycan Milli Hərəkat fəalı, Güney Azərbaycan İstiqlal Partiyasının keçmiş İngiltərə təmsilçisi Əlirza İmaninin (Elnur Mərəndli) durumu ilə bağlı Hollandiya İmmiqrant deportamentinə edilən müraciətlər müsbət cavablandırlılıb və artıq Hollandiya İmmiqrant deportamenti aprelin 25-də oturum alması üçün Əlirza İmanini qaldığı həbsxanadan çıxardaraq açıq kampa yerləşdirib. Hollandiyada deportasiya təhlükəsi ilə üzləşən milli fəal Əlirza İmaninin (Elnur Mərəndli) etiraz əlaməti olaraq 35 gün davam etdirdiyi aclıq aksiyası onun hüquqlarının müdafiə olunması ilə yanaşı həm də 35 milyon Güney Azərbaycan türkünün milli haqlarının pozulması məsələsini Avropanın müxtəlif siyasi dairələrində gündəmə gətirmiş oldu. Güney Azərbaycan türklərinin pozulmuş hüquq və azadlıqlarının Avropa parlamentinin Avropa Şurası, İnsan Haqları məhkəməsi, İnsan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar, o cümlədən BMT və Beynəlxalq Əfv örgütündə bir daha gündəmə gətirilməsi milli hərəkatımızın apardığı sivil mübarizənin başarısı olaraq dəyərləndirilir. Güney Azərbaycan İstiqlal Partiyası Güney Azərbaycan türklərinin milli haqlarının müdafiəsi və həmçinin milli hərəkat fəalı Əlirza İmaninin hüquqlarının bərpası istiqamətində çəkdikləri zəhmətdən dolayı bir sıra siyasi təşkilat və ayrı-ayrı şəxslərə, o cümlədən Avropa Şurasının numayəndəsi cənab Paulo Casacaya, Hollandiya rəsmilərinə, Dünya Azərbaycanlıları Konqresinə (DAK), Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasına (ADAPP), Azərbaycan Milli Azadlıq Təşkilatına (AMAT), Günaz TV-yə, Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Saleh İldırıma, GAİP-nın Avropa təmsilçiliyinə, İngiltərə təmsilçiliyinə və xüsusilə də Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Hollandiya təmsilçisi Araz Ataxana minnətdarlığını və təşəkkürünü bildirir. Güney Azərbaycan İstiqlal Partiyası

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar