SON XƏBƏRLƏR

Serj Sarkisyan: «Türklərlə Dağlıq Qarabağ məsələsini müzakirə etməmişəm»

2021.10.20, 07:36
Serj Sarkisyan: «Türklərlə Dağlıq Qarabağ məsələsini müzakirə etməmişəm»

Gunaz.tv
Serj Sarkisyan: «Türklərlə Dağlıq Qarabağ məsələsini müzakirə etməmişəm» «Türkiyə ilə münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərə bilər» Ermənistan prezidenti Serj Sarkisyan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını nəzərdə tutan sənədin ictimaiyyətə təqdim olunacağına söz verib. O, Milli Təhlükəsizlik Şurasının iclasında əminliyini ifadə edib ki, erməni xalqı sənədin müddəalarını dəstəkləyəcək: «Bizim məsələyə yanaşmamız aydın və sadədir-21-ci əsrdə Avropada bağlı sərhəd olmamalıdır. Effektiv ölkə olmaq üçün biz nəqliyyat dəhlizlərimizi, iqtisadi münasibət coğrafiyamızı və ereji mənbələrimizi diversifikasiya etməliyik». Serj Sarkisyan Türkiyə ilə əlaqələrin Ermənistan-Azərbaycan münasibətlərlə və ya Dağlıq Qarabağ məsələsində güzəştlərlə şərtlənməsi barədə məlumatlara da münasibət bildirib: «Bir daha təkrarlayıram ki, türklərlə münasibətlərdə zeç vaxt Azərbaycan və Dağlıq Qarabağ mövzusu müzakrirə olunmayıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərməsi tamamilə mümkündür. Lakin bu, bir şərt olmamalıdır». Serj Sarkisyan, Türkiyə, Ermənistan və İsveçrə xarici işlər nazirliklərinin birgə bəyanatının aprelin 23-də yayılması ətrafında da sabotaj xarakterli iddialarla çıxış edib: «Sənədin erməni soyqırımının ildönümü ərəfəsində yayılması soyqırımın tanınması prosesinə Mane ola bilməz. Soyqırımın tanınması gələcəkdə soyqırımların qarşısının alınmasının yecanə yoludur. Sənədin 24 aprel ərəfəsində yayılması onu göstərir ki, Türkiyə də bu günün mahiyyətini qəbul edir». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar