SON XƏBƏRLƏR

Nəcməddin Ərbəkan: "ABŞ-ın əmri ilə Ermənistanla münasibət qurmaq olmaz"

2021.10.20, 07:36
Nəcməddin Ərbəkan: "ABŞ-ın əmri ilə Ermənistanla münasibət qurmaq olmaz"

Gunaz.tv
Nəcməddin Ərbəkan: "ABŞ-ın əmri ilə Ermənistanla münasibət qurmaq olmaz" "Azərbaycan bizim yan yaxın qardaş ölkəmizdir" "Ya Əli Vəli, ya Vəli Əli". ANS PRESS, Türkiyənin "Vətən" qəzetinə istinadən xəbər verir ki, bu ölkənin keçmiş baş naziri Nəcməddin Ərbəkan Barak Obamanın qondarma erməni soyqırımı ilə bağlı açıqlamasını belə qiymətləndirib. O, keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması siyasətini də tənqid edib. Nəcməddin Ərbəkanın fikrincə, bu, Amerikanın arzusu ilə başlanan bir prosesdir: "Azərbaycana qarşı etdiyi haqsızlıqlar, haqsız işlər ortada ola-ola Amerikanın əmri ilə Ermənistanla münasibətlər qurmaq yanlış siyasətdir. Amma nə yazıq ki, ABŞ-ın digər əmrləri kimi bu əmri də yerinə yetirilir. Əvvəlcə Ermənistan tərəfindən Azərbaycana qarşı atılmalı olan addımlar atılmalıdır. Bundan sonra onlarla nədənsə danışıla bilər. Azərbaycan bizim yan yaxın qardaş ölkəmizdir". /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar