SON XƏBƏRLƏR

Türkiyə Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır

2021.10.20, 07:36
Türkiyə Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır

Gunaz.tv
Türkiyə Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır Ermənistanla sərhədləri açmaq planı uğursuzluqla nəticələnən Türkiyə ciddi cəhdlə Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Türkiyəli rəsmilər Azərbaycanı sıxıntıya salacaq heç bir addm atmayacaqlarını bildirirlər. Ankara ilə Bakı arasında vəziyəti gərginləşdirməyə çalışan qüvvələrin olduğunu deyən baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanla bağlı istəklərini açıqlayıb. -------------------------------------------------------- «Donuz qripi» sərhədləri aşdı Amerika qitəsini dəhşətə gətirən «Donuz qripi» virusu artıq sərhədləri aşmağa başlayıb. Virusun qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər görülür. «Quş qripi» təhlükəsi sovuşmamış dünyanı yeni virus lərzəyə salıb. «Donuz qripi» adlandırılan bu virus Meksikada aşkar olunub. Artıq bu virusa yoluxma nəticəsində 81 nəfər dünyasını dəyişib. Mindən çox adam isə xəstəxanalarda bu qripə qarşı müalicə olunur. Təhlükəli virus Meksikanın qonşusu Amerika Birləşmiş Ştatlarında da qeydə alınıb. Bu ölkədə «Donuz qripi»-nə 21 nəfərin yoluxduğu müəyyən edilib. Bu durumdan təşvişə düşən Ağ Ev həyacan təbili çalmağa başlayıb. Milli Təhlükəsizlik Departamentinin rəhbəri Canet Napolitano yoluxma halları olan ştatlara tibbi yardım olunacağını bildirib. O, anbarlarda saxlanılan anti-qrip dərmanları olan tamiflu və relenzanın bir hissəinin tibb müəssələrinə paylaşdırılacağını bildirib. Bu dərmanlar «Donuz qripi»-nin qarşısını almaqda ən effektiv vasitə sayılır. Birləşmiş Ştatlardan başqa virusun daşıyıcıları Yeni Zelandiya, İspaniya, Kanada, Fransa, Böyük Britaniya, İsraildə də qeydə alınıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, «Donuz qripi»-nə yoluxan insanların əksəriyyəti bu yaxınlarda Meksikada səfərdə olublar. Belə durumla bağlı olaraq dünya ölkələri qabaqlayıcı tədbirlər həyata keçirirlər. Planetin müxtəlif ölkələrində problemlə əlaqəli xüsusi komissiyalar yaradılıb və aeroportlarda tibbi nəzarət gücləndirilib. İnsanların səhhəti xüsusi istilik monitoru vasitəsiylə yoxlanılır. Virusun təhlükəli olduğunu etiraf edən Ümumdünya Səhiyyə Təşkilatı insanları təşvişə düşməməyə çağırıb. Təşkilat rəsmiləri qriplə mübarizənin mümükün olduğunu və hazırda bu virusa qarşı daha effektiv vaksinin hazırlandığını bildirib. Təşkilat Meksikadakı vəziyyətin nizamlanması üçün 200 milyon dollar həcmində yardım ayırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar