SON XƏBƏRLƏR

AZƏRBAYCAN GENERALLARI TÜRKİYƏDƏ SƏFƏRDƏDİR

2021.10.20, 07:36
AZƏRBAYCAN GENERALLARI TÜRKİYƏDƏ SƏFƏRDƏDİR

Gunaz.tv
Dünən Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İstanbulda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğla görüşüb. Tərəflər iki dövlətin silahlı qüvvələri arasında hərbi-texniki əməkdaşlığın durumunu və perspektivlərini müzakirə edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Əbiyevin Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Toptan, müdafiə naziri Vəcdi Gönül, Müdafiə Sənayesi Komitəsinin sədri Murad Bayarla da görüşləri planlaşdırılır. S.Əbiyevin səfərində əsas məqsəd həm də aprelin 27-dən 30-dək İstanbulda keçiriləcək IDEF-2009 beynəlxalq hərbi sənaye sərgisinə qatılmaqdır. IDEF-in təşkilat komitəsindən verilən məlumata görə, sərgidə Azərbaycanın dövlət və hökumət rəsmilərindən müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, müdafiə sənayesi nazirinin müavini Azad Məmmədov, Müdafiə Sənayesi Nazirliyi "Şərq" istehsalat birliyinin direktoru İlqar Nəzərov iştirak edəcəklər. Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri öz məhsullarını 30 kvadratmetr sahəlik stenddə nümayiş etdirəcək. Sərgidə 33 ölkədən nazirlər, 10 ölkədən nazir müavinləri, 3 ölkənin Baş Qərargah rəisləri, 3 ölkənin Baş Qərargah rəisinin müavinləri, 20 ölkədən isə müdafiə sənayesi üzrə hökumət strukturlarının rəhbərləri və ya onun müavini səviyyəsində qatılacaqlar. Ümumilikdə, sərgidə müxtəlif ölkələrdən 459 şirkətin iştirakı planlaşdırılır. HHQ VƏ HHMQ BİR KOMANDANLIQDAN AYRILACAQ Azərbaycan Silahlı Qüvvələrinin strukturunda yeni dəyişikliklər gözlənilir. Mötəbər hərbi mənbələrdən verilən məlumata görə, dəyişikliklər Silahlı Qüvvələrdə yeni struktur formalaşdırılmasına xidmət edir. Dəyişiklik hazırda bir komandanlığa tabe olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə bağlıdır. Mənbənin məlumatına görə, Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) bir komandanlıqdan çıxarılacaq. Silahlı Qüvvələrin yeni strukturuna Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri daxil ediləcək. HHMQ-nin isə Quru Qoşunlarının tərkibinə daxil ediləcəyi gözlənilir. Qeyd edək ki, HHQ və HHMQ-yə 1992-ci ildən 2009-cu ilədək mərhum general-leytenant Rail Rzayev komandanlıq edib. Buna qədər isə R.Rzayev Hava Hücumundan Müdafiə Qoşunlarında çalışıb. HHQ-yə bu qoşunlarda xidmət edən pilotlardan rəhbər təyin olunacaq. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü aviasiya potensialına malikdir və HHQ Silahlı Qüvvələrin ən çox diqqət yetirilən birləşmələrindən sayılır. Son illər dövlətin diqqəti sayəsində HHQ-nin aviaparkı müasirləşdirilib, yeni modifikasiyalı döyüş təyyarələri, vertolyotlar və pilotsuz uçan aparatlar alınıb. GPS/QLONASS QƏBULEDİCİLƏRİNİN TELEMATİK MODULLARI İSTEHSAL EDİLƏCƏK Azərbaycan Milli Aero Kosmik Agentliyinin (MAKA) Təcrübi Zavodunda GPS/QLONASS qəbuledicilərinin telematik modullarının istehsalı planlaşdırılır. Bu barədə hərbi mənbələrdən məlumat verilib. Rusiyanın Federal Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal olunacaq bu modulların Rusiyaya və digər ölkələrə ixracı nəzərdə tutulur. Qeyd edək ki, bir neçə il əvvəl Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində bu ölkədən kosmik məlumatların qəbuledici kompleksi Bakıya gətirilərək MAKA-da istismara verilib. MAKA 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspi" elmi mərkəzi kimi fəaliyyət göstərib. Azərbaycan prezidentinin 2006-cı ildə imzaladığı fərmanla MAKA Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar