SON XƏBƏRLƏR

Türkiyə prezidenti Obamanın bəyanatına etiraz etdi

2021.10.20, 07:36
Türkiyə prezidenti Obamanın bəyanatına etiraz etdi

Gunaz.tv
Türkiyə hökuməti ABŞ prezidenti Barak Obamanın Osmanlı İmperiyasının son illərində 1 milyondan çox erməninin öldürülməsini tanıyan bəyanatına etiraz edib. Bolqarıstanda danışan Türkiyə prezidenti Abdulla Gül deyib ki, Amerika dövlət başçısı 1915-23-cü illər arasında qətlə yetirilən 100 minlərlə türk və müsəlmana da rəğbətini izhar etməlidir. Türkiyə Xarici İşlər Naziriliyi cənab Obamanın bəyanatıın bəzi hissələrini qəbuledilməz adlandırıb. Ermənilər 1915 və 23-cü illərdə bir milyon yarım erməninin türklər tərəfindən öldürüldüyünü deyir və bunun genosid kimi tanınmasına çalışır. ABŞ prezidenti dünən qurbanların anım günü münasibətinə bəyanat açıqlayıb. Cənab Obama president seçkiləri kampaniyası zamanı bu qətliyamı soyqırım kimi qələmə versə də, dövlət başçısı kimi səlahiyyət müddətinə başlayandan bəri bu ifadəni işlətməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar