SON XƏBƏRLƏR

BURA İRAN DEYİL, MƏŞƏDİ

2021.10.20, 07:36
BURA İRAN DEYİL, MƏŞƏDİ

Gunaz.tv
BURA İRAN DEYİL, MƏŞƏDİ Bakının Nəsimi rayonunda yerləşən məscidlərin birində dini təbliğatla məşğul olan İran vətəndaşı polis tərəfindən saxlanılıb. Musavat.com-a daxil olan məlumata görə, aprelin 24-də saat 16 radələrində D. Əliyeva küçəsində yerləşən “Kərbəlayi Abdulla məscidində dini təbliğatla məşğul olduğu üçün İran İslam Respublikasının vətəndaşı 1942-ci il təvəllüdlü Əli Munib polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, A. Əliyev küçəsində kirayədə yaşayır. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə təhvil verilib. İRANLİ BAKI SAKİNİNİ ALDADIB Əcnəbi vətəndaş dələduzluq yolu ilə Bakı sakininin külli miqdarda pulunu alaraq mənimsəyib. Yasamal Rayon Polis İdarəsindən musavat.com-a daxil olan məlumata görə, Bakı sakini 1967-ci il təvəllüdlü Nazilə Firudin qızı Xəlilbəyova polisə müraciət edərək bildirib ki, İran İslam Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü Hüseyn Əlixan ona ev almaq adı ilə ondan 54 min dollar alıb. Lakin əcnəbi vətəndaş verdiyi sözə əməl etməyərək aldığı pulu mənimsəyib. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar