SON XƏBƏRLƏR

SƏRHƏDLƏR AÇILSA, UDAN ERMƏNİSTAN OLACAQ

2021.10.20, 07:36
SƏRHƏDLƏR AÇILSA, UDAN ERMƏNİSTAN OLACAQ

Gunaz.tv
SƏRHƏDLƏR AÇILSA, UDAN ERMƏNİSTAN OLACAQ Qabil Hüseynli: “AKP iqtidarının anti-Atatürkçü cərəyan olduğu üzə çıxacaq” Fəzail Ağamalı: “Bu məsələyə son qoymaq lazımdır” Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə bağlı narahatlıqlar qalmaqdadir. AKP iqtıdarının yürütdüyü siyasət həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətində narazılıqla qarşılanlıb. Sərhədlərin açılacağı tarix hələ bəlli olmasa da, bu haqda müxtəlif versiyalar səsləndirilir. Medianın və müxalifətin davamlı tənqidindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Azərbaycanın maraqlarının da qorunacağını bildirdi. Bəs Türkiyə Ermənistanla sərhədlərı açsa, nə olacaq? Politoloq Qabil Hüseynli Ermənistanla sərhədlərin açılacağı təqdirdə Azərbaycanla Türkiyə arasında münaslbətlərin xeyli soyuyacağını söylədi: “Azərbaycan daxilində Tükiyə iqtidarına qarşı münasıbətlərdə ciddi dəyişiklik yaranacaq. Amma dediklərim türk xalqına aid deyil. Türkiyə daxilində də çoxsaylı müxalifət dəstəsi AKP iqtidarına qarşı çox ciddi mübarizə şansı əldə edəcək. Sərhədlərin açılması Türk dünyasında indiyə qədər pis -yaxşı mövcud olan birliyinə ağır zərbə olacaq. Bunun məsuliyyəti isə AKP iqtidarının üzərinə düşəcək. Məncə, bununla da AKP iqtidarının mahiyyətinin açılması və onun anti-türkçü və anti-Atatürkçü siyasi cərəyan olduğu üzə çıxacaq. Nəcməddin Ərbakan demişdi ki, onlar bizim köynəyimizdən çıxıblar, nə qədər ora-bura vurnuxsalar da dəyişə bilməzlər. Nəcməddin Ərbakan milli görüş deyilən və İslam fundamentalizminin dəyərlərini özündə birləşdirən ideologiyanın yaradıcısıdır. İndiki AKP iqtidarındakıların çoxu da həmin ideologiyanın bu və ya digər formada daşıyıcılarıdır. Sərhədlərin açılacağı təqdirdə nələr olacağına gəlincə, Qars və İqdırda yaşayan əhali, əsasən də kürdlər ticarət nəticəsində vəziyyətlərini yaxşılaşdıracaqlar. Çox ağır iqtisadi durumda olan Ermənistanın ağır vəziyyəti müsbətə doğru gedəcək. Ermənilər Tükiyənin timsalında geniş ticarət bazarı əldə edəcəklər. Udan Ermənistan olacaq”. Q.Hüseynli onu da bildirdi ki, sərhədlər açılsa Ermənistan həm də siyasi nüfuz qazanacaq: “ Onlar dünyaya car çəkəcəklər ki, sərhədlər nahaq bağlı olub. Ermənilər haqlı olduğuna görə türklər səhvlərini başa düşüb sərhədləri açdılar. Ümumiyyətlə isə Ermənistanın danışıqlar masası ətrafında mövqeyi xeyli güclənəcək”. Politoloq Elxan Mehdiyev isə sərhədlərin yaxın dönəmdə açılmasının mümkün olmadığını söylədi. Onun sözlərinə görə, Azərbaycanda, həm də Türkiyədə xalqın ayağa qalxması AKP iqtidarının bu addımı atmasına mane olacaq: “Üstünlük o oldu ki, müstəqillik qazanandan bəri Azərbaycan torpaqlarının işğalı məsələsı Tükiyənin gündəminə gəldi və onun iç siyasətinin mövzusuna çevrildi. AKP Ermənistanla arasında olan problemləri həll etmək yolunu tutub. Ermənistanın son 17-20 ildə apardığı siyasət Qarabağı Azərbaycandan ayırmaq, bizi təkləmək və öz iddialarını diktə etməkdir. Onlar bu nöqtəyə çatmaq ərəfəsındədir. Çünki Ermənistanda Sərkisyanın bəyanatları bir aydan çoxdur ki, radikal istiqamət alıb. O ermənilərin Azəbaycan torpaqlarından çıxmayacağını bəyan edir. Ermənistan istəyir ki, Türkiyəyə Avropaya və dənizlərə çıxsın və iqtisadi münasıbətləri güclənsin. Türkiyəni neytrallaşdırsın ki, ən azından o tərəfdən təhlükə olmasın. Azərbaycan isə təklənəcək. Digər tərəfdən isə Ermənistan Rusiya ilə inteqrasiyanı gücləndirir. Son dövrdə Kollektiv Təhlükəsizlək Müqaviləsi çərçivəsındə cevik qüvvələrin yaradılması Ermənistanın hərbi gücünü artıracaq. Sərhədlərin açılması Azərhaycanı çətın vəziyyətə salacaq”. Politoloq Rasim Musabəyov isə sərhədlərin açılmasının normal hadisə olduğunu söylədi: “Qarabağ problemi həll olunacağı təqdirdə Türkiyənin Ermənistanla sərhədləri açması normal hadisə olardı. Problemin həllində ciddi irəliləyiş olarsa bunu müsbət qiymətləndirirəm”. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə dedi ki, sərhədləri açmaq olmaz: “Bu Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa kölgə sala bilər. Sərhədlərin açılması Azərbaycan və Türkiyə cəmiyyətlərində ciddi problem yaradar və hər iki dövlətin strateji maraqlarına zərbə dəyə vilər. Bu məsələyə son vermək lazımdır”. Leyla İLQAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar