SON XƏBƏRLƏR

ABŞ İRANI YENİ SANKSİYALARLA HƏDƏLƏYİR

2021.10.20, 07:36
ABŞ İRANI YENİ SANKSİYALARLA HƏDƏLƏYİR

Gunaz.tv
ABŞ İRANI YENİ SANKSİYALARLA HƏDƏLƏYİR ABŞ dövlət katibi Hillari Klinton deyib ki, əgər İran özünün nüvə proqramı ilə bağlı danışıqlara getmək istəmirsə, Amerika bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edəcək. Bunları xanım Klinton Vaşinqtonda, Konqresin Xarici məsələlər komitəsində çıxış edərkən deyib. Hillari Klintonun sözlərinə görə, Ağ Ev ümid edir ki, İranı bu məsələdə yola gətirmək mümkün olacaq, lakin danışıqlar baş tutmayacağı halda İran sərt sanksiyalarla üzləşməli olacaq. Bu arada İranın nüvə danışıqları üzrə aparıcı nümayəndəsi Səid Cəlili deyib ki, İran ölkənin nüvə proqramına dair beynəlxalq siyasəti koordinə edən 6 nüvə dövləti ilə, onun ifadə etdiyi kimi, konstruktiv dialoqa hazırdır. Cəlilinin dediyinə görə, İran özünün nüvə planlarına dair ötən il irəli sürdüyü tədbirlər paketini təzələməklə acıq-aydın danışıqlar aparmağa hazır olduğunu bildirmişdir. İran özünün nüvə proqramı məsələsində güzəştlərə getməyəcəyini artıq bildirib. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar