SON XƏBƏRLƏR

Türkiyə hökumətində dəyişikliklər gözlənilir

2021.10.20, 07:36
Türkiyə hökumətində dəyişikliklər gözlənilir

Gunaz.tv
Türkiyə hökumətində dəyişikliklər gözlənilir Əli Babacan xarici işlər naziri vəzifəsini tərk edə bilər Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin olması gözlənilir. Lent.az-ın məlumatına görə, iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan Bülənd Arınc 10-12 nazirin dəyişməsinin gözlənildiyini deyib. Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin bununla bağlı sualını cavablamaqdan yayınıb. O, “hər hansı dəyişiklik olsa, siz də eşidəcəksiniz”, - deməklə kifayətlənib. “Hürriyet” qəzeti isə iddia edir ki, ölkənin hazırkı xarici işlər naziri Əli Babacanı bu vəzifədə Əhməd Davudoğlu əvəzləyə bilər. Ancaq Davudoğlunun millət vəkili olmamasının AKP daxilində narazılıqlar yaratması mümkündür. Belə güman edilir ki, ölkənin xarici siyasət idarəsinin başına millət vəkili Murad Mərcanın gətirilmə şansı da var. Babacanın xəzinə (büdcə) məsələləri üzrə dövlət naziri təyin olunması gözlənilir. Qəzet daha bir neçə nazirin vəzifədən çıxarılacağını da iddia edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar