SON XƏBƏRLƏR

Abdulla Güldən Obamaya etiraz

2021.10.20, 07:36
Abdulla Güldən Obamaya etiraz

Gunaz.tv
Abdulla Güldən Obamaya etiraz “ABŞ prezidenti 1915-ci ildə öldürülən minlərlə türk və müsəlmanı da xatırlamalıydı” Türkiyə prezidenti Abdulla Gül ABŞ prezidenti Barak Obamanın 24 aprel çıxışını şərh edib. Lent.az-ın məlumatına görə, Gül Obamanın bəzi ifadələrinə etiraz edib. Türkiyə prezidenti amerikalı həmkarının fikirlərini tam bölüşmədiyini vurğulayıb: “Açıqlamada razılaşmadığım yerlər var. Diplomatiyaya fürsət verilməlidir. Tarixi hadisələrə siyasətçilərin qərar verməsi düzgün deyil”. Abdulla Gül Obamanın çıxışı zamanı ancaq ermənilərdən danışmasına da etiraz edib: “1915-ci il hadisələrində öldürülən yüz minlərlə türk və müsəlman da var. Həmin hadisələr zamanı həyatını itirən hər bir şəxs anılmalıdır”. Türkiyə Xarici İşlər Nazirliyi də Barak Obamanın açıqlama ilə bağlı rəsmi bəyanatla çıxış edib. Türkiyə XİN ABŞ prezidentinin1915-ci il hadisələri ilə bağlı açıqlamasının qəbuledilməz olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar