İranda fars irqçiliyi . İran islam inqilabı tacı əmmamə ilə əvəz etdi
2021.10.20, 07:36
İranda fars irqçiliyi İran islam inqilabı tacı əmmamə ilə əvəz etdi Babək Azəri hüquqçu İrq nədir? İrq -- müştərək genetik və irsi xüsusiyyətə deyilir. Bioloq alimlərin nəzərinə görə, bioloji baxımdan insanları müxtəlif irqlərə bölmək düzgün anlayış deyil. Onlar belə israr edirlər ki, insanlara aid ancaq bir irq var, o da insan irqidir. XIX əsrdə bəzi alimlər insanların arasında dəri rəngin əsas götürüb, insanları irq baxımından ağ dəri, qara dəri, sarı dəri və qızıl dəriyə bölürdülər. Amma biologiya elminin inkişafı nişan verdi insanlar genetik baxımdan müştərək xüsusiyyətlərə malikdirlər. Bəzi fərqlər, o cümlədən dəri rənginin fərqi və buna oxşar əlamətlər təbiətlə bağlıdır. Misal üçün, insanın dərisi onun bədənini günəşin qabağında qoruyub saxlamaq üçün melanin adlanan xüsusi maddə istehsal edir. Və bu maddənin çox istehsal olunması bədənin rənginin dəyişməsinə səbəb olur. Elə bu səbəbə görə, yayda biz gün qabağında çox olanda bizim dərimizin rəngi günəş şüasından yanıb, qaralıb, dəyişir. Afrikada yaşayan insanlar da uzun əsrlərdi bu regionda yaşayırlar və çox zaman gün şüası altında olduqları üçün bədənin melanin maddəsi istehsalı soyuq yerdə yaşayan insanlardan çox olub və nəhayət ki, neçə nəsildən sonra dəri rənginin qara olması bir genetik xüsusiyyət kimi onların özəlliyi sayılır. Bu hesabla görürük bioloji baxımdan insanları irqlərə bölmək düzgün deyil. Amma heyvanlar irsi və genetik xüsusiyyətlərinə görə bir ..birindən fərqlənirlər. Məsələn, siz pşikləri itlərlə müqayisə edin və yaxud mal - davarla. O zaman biz burda çox ciddi genetik fərqlər görəcəyik. Amma bunlara baxmayaraq, hələ də dünyanın bəzi yerlərində insanlar üstün və aşağı irqlərə bölünürlər. Aşağı irq sayılanlar siyasi, iqtisadi və mədəni ayrı - seçkiliyə məruz qalırlar. Hətta bəzi vaxtlar onlara qarşı dəhşətli cinayətlər həyata keçirilir. Elə bu səbəbə görə, insanların dəri rəngin, etnikin və zahiri görnüşün izah etmək üçün dünya ictimaiyyətində irq sözü işlənir. BMT - nin insan haqları ilə bağlı ümumi bəyannaməsində və beynəlxalq sözləşmələrdə təkid olunur ki, irq əsasında ayrı - seçkiliklərə son qoyulmalıdır. İrqçiliyin tarixi İrqçilik tarixboyu olub. Dünya mədəniyyətinin mərkəzi sayılan qədim Romada düşməndən əsir tutulmuş əsgərlər və qadınlar insan yox, əslində heyvan sayılırdılar. Onları qul kimi işə götürüb və onlar tövlələrdə heyvanlarla birgə yaşamağa məcbur edirdilər. Elə buna görə də onların ömürləri çox az olurdu. XIX əsrdə irqçi alimlər çox çalışdılar irqçiliyə elmi don geydirələr. O cümlədən, Houston Stevart və Çemberlin adını çəkmək olar.Onların nəzərinə görə, irsi və genetik xüsusiyyət insanın rəftarına bais olur. Elə bu səbəbə görə, hər bir insanı dəyərləndirmədə ona fərd kimi baxmamalıyıq. Gərək ki, ona bir millətin üzvi kimi baxaq. O, bir millətin üzvi kimi, o, millətin icma kimliyin və mahiyyətin daşıyır. Və icma kimliyi və mahiyyət də bir müəyyən irqə bağlı olmaqla nəticələnir. Bu nəzəriyyələr çoxlarının üstündə, o cümlədən, Hitler nəslinin üstündə çox dərin təsir buraxmışdı. Hitler özünün "Mənim mübarizəm" kitabında tarixi, irqlər arasında mücadilə adlandırır. O, özünü üstün irqin lideri kimi görüb, aşağı irqlərə hakim olmağa çalışırdı. Hitler hakimiyyətə gələndən sonra hakimiyyətə aid olan məxsus "SS" qüvvəsi irq dairəsi təsis etmişdi və onun vasitəsi ilə irqlə bağlı araşdırma aparıb və SS üzvləri evlənəndə onların həyat yoldaşının səlahiyyətin irq baxımdan təyin edirdilər. Alman irqçilərinin nəzərinə görə, almanlar və şimalı Avropada yaşayanlar üstün irq sayılırdılar. İkinci dünya müharibəsində irqçi həkimlər çoxlu əsirlərin üstündə tibbi testlər aparıb və çalışırdılar sübut edələr ki, bioloji baxımdan aria irqi ilə qeyri - aria irqi arasında çox ciddi fərqlər var və aria irqi üstün irq sayılır. Onların vəhşicəsinə tibbi testləri bais olmuşdu çoxlu sayda əsirlər həyatların itirələr. Amma onlar aria irqinin bioloji baxımdan üstün olmasını sübut etməyə nail olmamışdırlar. Hətta alman irqçiləri ağıl və cismi baxımdan əlil olanları üstün irqə genetik baxımdan ağır zərbə sayırdılar. Onların nəzərinə görə, əgər bu əlil adamlar nəsillərin yayarlarsa, aria irqi xalislik baxımından təhlükəyə düşə bilər. Elə bu səbəbə görə, əlillərlə bağlı statistik aparıb dəqiq məlumat yığandan sonra, 1939 - cü ilin son 6 ayında nizamlı formada əlilləri öldürməyə başladılar və onları öldürmə əməliyyatı "Rəhim üzündən" adlanırdı. İkinci dünya müharibəsindən sonra 1948 və 1994 - cü illər arasında Cənubi Afrikada ağların vasitəsi ilə irqçi rejim yaranmışdı. Onların təsdiq etdiyi qanunlar əsasında ağlar, qaralar və Asiyadan gələn insanlar gərək ki özlərinə aid olan məntəqələrdə yaşayıb, çalışıb, məktəbə gedəydilər və s. Yəni, insanları irq baxımından, bir neçə yerə bölüb və onların bir - birindən ayrı olmalarını təkid edirdilər. Nəhayət ki, 1994 - cü ildə azad seçkilər nəticəsində Cənubi Afrikada irqçi rejimin ömrünə son qoyuldu və çoxluqda olan qaralar hakimiyyətə gəldilər. Fars irqçiliyinin tarixi İranda irqçilik ideologiyası digər ideologiyalar kimi indiki mənada qərbdən gəlmişdi. Abbas Mirzə ( 1785 - 1833 ) Fətəlişahın vəliəhd və Azərbaycanın hakimi idi. O, Avropada gedən reformalara çox maraq göstərirdi. Elə bu səbəbə görə, Avropa ölkələrini nümunə götürüb, İranda və xüsusən Azərbaycanda bir sıra reformaları həyata keçirtdi. O cümlədən, birinci dəfə İrandan Avropa ölkələrinə tələbə göndərildi və fars və azərbaycanlı ziyalılar Qərb ölkələrində gedən proseslərlə yaxından tanış olmağa başladılar. Nəhayət ki, Nasrəddin şah zamanı Avropa ölkələrindən müəllimlər gəlib İranın bəzi məktəblərində, o cümlədən, Tehranda yerləşən darılfunun məktəbində dərs dedilər. Eyni zamanda İrandan Avropa ölkələrinə gedən tələbələrin sayı xeyli artdı. Xaricə gedən tələbələrin əksəriyyəti milliyyət baxımından türk və ya fars idilər. Azərbaycanlı tələbələrin Avropaya getməyi bais oldu Azərbaycanlı ziyalıların içində moderin düşüncə yayıla. Yəni, Azərbaycanlı ziyalının baxışı təbiətə, özünə və digər insanlara, həmçinin metafizik baxımdan yeniləşib, ağıl və məntiq üsullarına əsaslandı. Elə bu səbəbə görə, onlarla mərkəzi hökümət arasında təzad yarandı. Çünki onlar mədəni ictimaiyyətə hakim olan üsulların həyata keçməsini tələb edirdilər. Amma mərkəzi hökümətdə onların tələblərini həyata keçirməyə qabiliyyət yox idi. Fars tələbələrinin Avropaya getməyi bais oldu onların bəziləri irqçi alimlərin fikirlərindən təsir götürüb, özlərin üstün irq, yəni aria irqi kimi görməyə başladılar. Bu fikir tərzi bais oldu, bu fikri daşıyanlar türklərə nifrət etməyə başladılar. Çünki türklər say baxımından çox idilər və eyni zamanda hakimiyyətdə idilər. Amma çox təəssüf, Azərbaycan ziyalılarının mərkəzi hökümətlə ixtilafda irq faktorun nəzərə almırdılar. Bu da təbiidir, çünki irqçilik moderin düşüncə ilə təzad təşkil edir. Və digər tərəfdən də onlar farsların içində olan irqçilik təmaülünü görə bilmirdilər. Ancaq onları mərkəzi hökümətə qarşı müxalif mövqeydə olmaları birləşdirirdi. Elə bu səbəbə görə, məşrutə inqilabı Azərbaycanlıların tələbin həyata keçirmək yerinə, bais olmuşdu türk sülaləsi hakimiyyətdən qırağa qoyulub, yerini irqçi fars rejimi tutsun. Bəlkə də burada bəzilərində belə bir sual ortaya çıxa: Bir neçə nəfər tələbənin xarici ölkələrdə təhsil alması necə ola bilər bir ölkənin siyasətində böyük rol oynasın? Bu sualla bağlı unutmamalıyıq ki, İranda siyasi demokratik sistemin olmamasına xatir, keçmişdə və hal - hazırda millət içində partiya mədəniyyəti zəif olmuşdu. Və güclü şəxsiyyətlər siyasi dəyişikliklərdə çox böyük əhəmiyyətli rol oynamışdırlar. İrandan xaricə gedən tələbələr dövlət tərəfindən göndərilib və onlar təhsil alıb, İrana qayıdandan sonra yüksək səviyyəli dövlət vəzifələrinə təyin olunmuşdurlar. Elə bu səbəblərə xatir, onların İranın siyasi tarixində çox əhəmiyyətli rolları olub. Misal üçün, Təbrizli general Məhəmmədtağı Xan Pisyan Almaniyaya hərbi hava qüvvələri üzrə təhsil üçün göndərilmişdi. O, orada yeni osmanlılarla tanış olub və onlar M.X.Pisyanın üzərinəd güclü təsir buraxmışdırlar. Belə ki, o, İrana qayıdandan sonra Xorasanda jandarm rəisi seçilmişdi. O, öz fərmanı altında olan hərbi qüvvələrin köməyi, Azərbaycan türkləri və Xorasan türklərinin vasitəsi ilə cəhd etmişdir İranda monarxiya sistemin yıxıb, yerində cümhuriyyət hakimiyyəti qura. Çox təəssüf ki, məğlub olub, qətlə yetirilmişdi. Və ya digər misalda, Təbrizli Məhəmmədtağı Ərani təhsil üçün Almaniyaya gedib, sosializm düşüncəsinə yiyələnib, İrana qayıdandan sonra, öz yazıları və siyasi fəaliyyəti nəticəsində İranda sosializm ideologiyasının böyük ideoloqu kimi ad qazandı. Yaxud digər bir misalda, dövlət tərəfindən dəstəklənən, milliyyəti fars olan Davud Münşizadə təhsil üçün Almaniyaya getmişdir. O, orada nazist partiyasının üzvi olub, ikinci dünya müharibəsində almanlar tərəfindən müharibədə iştirak etmişdir. Almaniya məğlub olnadan sonra, o, İrana gəlib, 1952 - ci ildə İranda faşist partiyası yaratmışdı. Bu partiya İran işçilərinin milli sosialist partiyası adlanırdı. Qısa formada ona "sumka" deyirdilər. Bakıda nəşr olunan "Molla Nəsrəddin" jurnalının birinci nömrəsində Cəlil Məmmədquluzadə bir yazı dərc etmişdi. Bu yazı "Məqsəd nə imiş?" adlanırdı. Bu yazıda Rza şahdan nümunə gətirilmişdi ki, o belə demişdi: "Biz Əhməd şahı ona görə taxtdan yerə yendirmədik ki, şahlığı yoldaş tutmuruq. Xeyir, ondan ötrü yendirdik ki, Qacarlar türk nəslindən idilər. Əhməd şahı yıxdırmaqdan məqsədimiz ölkədə cumhuru üsul idarəsini yaratmaq deyildi. Bəlkə, quldur sifət Qacarları pak və nəcib fars pəhləvi sülaləsi ilə dəyişmək idi." Bu sözlər Gilanda nəşr edilən "Səlamət" qəzətinin 3 - cü nömrəsində bu formada dərc olunmuşdu: " Əhməd şahı taxtdan yendirmədən məqsəd o deyildi ki, cumhuruyyət yaransın. Yox, yox, vallah! Məqəsd o idi ki, türk Qacarlara aid olan quldur tayfanın yerinə, pak və nəcib fars pəhləvi hökümətə gəlsin." Hərbi çevrilişdən sonra Rza şaha mümkün deyildi Azərbaycanlıları fiziki baxımdan məhv etsin, çünki onların sayı çox idi. Elə bu səbəbə görə, onlar Azərbaycanlıları farslaşdırma prosesin siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirməyə başladılar.Rza şahın Təbrizə təyin etdiyi təlim və tərbiyə müdiri Möhsini belə deyirdi: "Hər kəs türk dilində danışsa, onun ağzına eşşək noxtası vurub, tövləyə aparın." Möhsinidən sonra Təbrizin təlim - tərbiyyət idarəsinə Zoqi müdir təyin edilmişdi. O, Güney Azərbaycanın məktəblərində geniş formada cərimə sandıqları yerləşdirmişdi və türk dilində danışan şagirdlər cərimələnir və hətta cismi tənbeh olunurdular. Bu misallardan çox saymaq olar, amma sayıb sizi və özümü əsəbləşdirmək istəmirəm. Ancaq saydığım misallardan istəyirəm belə nəticə alam ki, Rza şahın hakimiyyətində irq faktoru çox əhəmiyyətli rol oynayırdı. Bu hakimiyyətin gözündə farslar aria irqinə mənsub olduqları üçün üstün irq sayılırdılar, amma İranda yaşayan qeyri - aria irqlər, o cümlədən türk irqi aşağı irqlərdən hesab olunub, hətta onların insan olmağı sual altına alınıb və onların heyvan olduğu təkid olunurdu. Rza şah öz irqçi mahiyyətin dünya ictimaiyyətinin gözündə gizlədə bilməmişdi. İkinci dünya müharibəsində İranı sözdə tərəfsiz elan etsə də, amma geniş formada almanlarla əməkdaşlığa başlamışdı. Bu əməkdaşlıqlar o yerə çatmışdı ki, Hitlerin Rza şaha məxsusi bir sevgisi yaranmışdı. Belə ki, o, öz adından Rza şaha məktub yazıb, onu bahar bayramı münasibəti ilə təbrik etmişdi. Elə bu səbəbə görə, İngiltərə və Rusiya 3 dəfə Rza şaha xəbərdarlıq vermişdirlər ki, Almaniya ilə əməkdaşlığa son qoya. Amma Rza şah bu xəbərdarlığa məhəl qoymamışdır. Bundan sonra ruslar İranın şimalından və ingilislər İranın cənubundan girib, İranı işğal etmişdirlər. Və Rza şahı istefaya məcbur edib, sürgünə göndərmişdirlər. Rza şah sürgün olunandan sonar, onun yerinə kimin təyin olunması müttəfiqlər arasında müzakirə olundu. İngilislərdə belə bir fikir var idi ki, Məhəmmədhəsən Mirzənin oğlu, yəni Məhəmmədəli Şah Qacarın nəvəsin İrna şah təyin etsinlər. Amma ruslar bu təkliflə razılaşmadılar. Çünki, o, İngiltərənin hərbi dəniz qüvvələrində zabit idi. Nəhayət ki, Rza şahın oğlu, yəni Məhəmmədrza Pəhləvinin bu yeri tutmasına hər üç müttəfiq razı olumuşdu. Bəzi tarixçi alimlərin nəzərinə görə, ruslar Məhəmmədrza Pəhləvinin şah olması qərarını təsdiqləyəndən sonra, verdiyi vədə əməl etmək üçün Güney Azərbaycanda yaranan Milli Hökümətin yıxılmasına cəhd etmişdirlər və hətta hökümətin başqanı Seyid Cəfər Pişəvəri Şimali Azərbaycanda müəmmalı formada qətlə yetirilmişdi. Bütün bunlardan sonra, Rza şahın oğlu şah olduğuna xatir, müttəfiqlər, yəni İngiltərə, Rusiya, Amerika diplomatik əlaqələri nəzərə alıb, Rza şahı ifşa etməkdən, yəni onun faşistlərlə əlaqədə olduğunu açıqlamaqdan vaz keçdilər. O biri tərəfdən də onlar İranda sabit hakimiyyət istəyirdilər və Rza şahın faşist olduğun qabartmaqla İran rejiminin sabitliyin pozmaq istəmirdilər. İranda Məhəmmədrza Pəhləvi şah olduqdan sonar, fars irqçiliyi şiddətlənmişdi Məhəmmədraz Pəhləvi şah olandan sonra, mərkəzi hökümətin apardığı siyasətdə aria irqinin üstün olduğu əsəs yer almışdı. M.Pəhləvi özün "şahların şahı və ariamehr", yəni, "aria irqinin məhəbbəti" adlandırırdı. O, şah olanda İranın faşist partiyası, yəni, sumkanın üzvi olan Daruş Humayun İranın İnformasiya və Turizm Nazirliyinə nazir təyin olunmuşdu. İranın digər Kəbut faşist partiyasının üzvi olan general Bəhram Ariana şahın sağ qolu sayılırdı. B.Ariananın fikirnə görə, İrandan Quran kitabları yığişdirilib, onun yerinə Firdovsinin "Şahnamə" kitabı, bir müqəddəs kitab kimi təbliğ olunmalıdır. Bildiyiniz kimi, Firdovsinin "Şahnamə"sində farslar üstün irq sayılıb, onlarla ərəblərin və türklərin arasında mücadilə gedir. Ərəblər və türklər "vəhşi" olduqlarına görə, təhqir olunurlar. M.Pəhləvi bu irqçilik siyasətinə davam edib, o yerə çatdırdı ki, nəticədə ancaq İranda aria irqini üstün tutan partiyaların fəaliyyətinə izin - icazə verildi. O cümlədən, paniranist partiyasının adın çəkmək olar ki, yəhudiləri, ərəbləri və türkləri ziyan vuran həşərat sayırdılar. Nəhayət ki, şah İranda bir partiya sistemi yartamaq fikrinə düşdü. Elə bu səbəbə görə, paniranist partiyası, Mərdon ( Xalq partiyası ), İrani novin ( Yeni İran Partiyası ), İranniyan Partiyası ( İranlılar Partiyası ) bu partiyalar bir yerdə birləşib, Rəstaxiz Partiyası adlandılar. Bu partiya yaranandan sonra, Məhəmmədrza Pəhləvi demişdi: " Gərək hər bir kəs bu partiyada üzv olsun, yoxsa, biz ona pasport verək, o, ölkəni tərk etsin. İranda qalsa, yeri zindandı." Çox təəssüflə, M.Pəhləvi dövründə Güney Azərbaycanın tarixi saxtalaşdırılıb, Azərbaycan türkcəsinin məhv edilməsi və yüz minlərlə azərbaycanlının Azərbaycandan köçüb, farsların kompakt yaşadığı məntəqələrə getməsinə zəmin yaranmışdı. İran islam inqilabı tacı əmmamə ilə əvəz etdi Pəhləvi sülaləsinin dövründə Azərbaycanlılar fars irqçi rejiminin qurbanı olduqları üçün mərkəzi hökümətə nifrət edirdilər. M.Pəhləvinin xalq içərsində dəstəyi olmasa da, polis gücünə xalqı nəzarətdə saxlayırdı. Onun dediyinə görə, İran hərbi baxımdan dünyanın beşinci qeyri - atom qüvvəsi sayılırdı. Amerika prezidenti Cimi Karter İranı "Sabit ada " adlandırırdı. Birinci dəfə rejimə qarşı 1978 - ci ildə Təbrizdə kütləvi etirazlar olmuşdu və şahın güvəndiyi polisin gücü sındırılmışdı. Bundan sonra Təbriz qabaqda olmaqla İran şəhərlərində kütləvi aksiyalar başladı. O zaman Güney Azərbaycanda fars irqçiliyinə qarşı konkret şüarlar və ya istəklər dilə gəlmirdi. İranda inqilab dini mahiyyət daşıdı və Azərbaycanlılar inanırdılar ki, dini məfkurədə irqçiliyə yer yoxdur. Digər tərəfdən də milliyyəti türk olan Ayətullah Şəriətmədari İranın böyük dini rəhbərlərindən sayılırdı. Amma prosesin gedişatı göstərdi ki, irqçilik din və ideologiya tanımır, lazım olanda öz mənafeyinə çatmaq üçün istənilən donu geyməyə hazırdı. Belə ki, İran islam inqilabından sonra Azərbaycanlılar pəhləvi dövrü kimi ağır siyasi, iqtisadi və mədəni basqılara məruz qalmışdırlar. Hətta A.Şəriətmədari türk olduğu və Azərbaycanlıların milli mədəni haqlarını müdafiə etdiyi üçün təhqir və işgəncələrə məruz qalmışdı. O, ev dusdağı olub, ölüm ayağında olanda belə, oğluna icazə verilməmişdirlər atası ilə vidalaşsın. Hətta, o, öləndən sonra onun vəsiyyətinin icra olunmasına və ona Azərbaycan şəhərlərində yas keçirilməsinə qadağa qoyulmuşdu. Güney Azərbaycan xalqı bu faciələrdən dərs alıb və fars irqçiliyini bir ciddi faktor kimi öz siyasi davranışlarında nəzərə alırlar. Elə bu səbəbə görə, 2006 - cı ilin may ayında Güney Azərbaycanda kütləvi etirazlar baş qaldırdı. Bu dəfə millətimiz fars irqçiliyinə qarşı öz mənafeyin müdafiə etmək üçün bütün Güney Azərbaycan şüar vermişdi: "Haray, haray, mən Türkəm!" azadtribun