SON XƏBƏRLƏR

ABŞ-da yaşayan türkiyəlilər və azərbaycanlılar etiraz aksiyası keçirməyə hazırlaşan ermənilərə mane olublar

2021.10.20, 07:36
ABŞ-da yaşayan türkiyəlilər və azərbaycanlılar etiraz aksiyası keçirməyə hazırlaşan ermənilərə mane olublar

Gunaz.tv
ABŞ-da yaşayan türklər və azərbaycanlılar etiraz aksiyası keçirməyə hazırlaşan ermənilərə mane olublar Erməni yalanlarına etiraz edən türklər əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutublar ABŞ-da yaşayan türklər və azərbaycanlılar Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşan ermənilərə mane olublar. CNN Türk-ün məlumatına görə, aprelin 24-də səhər türklər və azərbaycanlılar səfirliyin önünə toplaşaraq gözləməyə başlayıblar. Erməni yalanlarına etiraz edən nümayiş iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutublar. ABŞ-da yaşayan ermənilər isə günorta saatlarından sonra məktəb avtobusları ilə Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına gəliblər. Polis nümayişlə bağlı təhlükəsizlik tədbirləri görüb, yolun 1 tərəfində ermənilər digər tərəfində isə türklər səsgücləndiricilərlə qarşılıqlı şüarlar səsləndiriblər. Bu il erməni nümayişçilərinin sayı əvvəlki illərə nisbətən daha az olub. Qeyd edək ki, bu gün ABŞ-ın Nyu-York şəhərində qondarma erməni soyırımı iddialarının doğru olmadığını Amerika ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə ''erməni yalanlarına son'' şüarı altında mitinq keçiriləcək. Türkiyə mətbuatının məlumatına görə, mitinq "Times" meydanına baş tutacaq. Aksiya Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) təşəbbüsü ilə ''Gənc Türklər Dərnəyi'' tərəfindən hər il keçirilir. Bu dəfə keçiriləcək aksiya isə sayca dördüncüdür. Aprelin 26-da isə eyni meydanda ABŞ-dakı erməni diasporu qondarma soyqırımın qəbul edilməsi üçün mitinq keçirəcək. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar