SON XƏBƏRLƏR

İlham Əliyev və Serj Sarkisyan mayın yeddisində Praqda görüşməyə razılıq veriblər

2021.10.20, 07:36
İlham Əliyev və Serj Sarkisyan mayın yeddisində Praqda görüşməyə razılıq veriblər

Gunaz.tv
Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan mayın 7-də Praqda görüşməyə razılıq veriblər. Bu barədə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. "Əlbəttə nəticə var. Biz Azərbaycanın prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla kifayət qədər uzun sürən danışıqlar apardıq. Nəticə isə təsdiqdir. Yəni hər iki prezident mayın 7-də günün birinci yarısında Praqada görüşməyə razılıq veriblər. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin həllində hələ razılaşdırılmamış məqamlar müzakirə olunacaq. Ümid edirik ki, bu görüş nəticə verəcək". /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar