SON XƏBƏRLƏR

Amerikadakı erməni diasporu hiddətlənib

2021.10.20, 07:36
Amerikadakı erməni diasporu hiddətlənib

Gunaz.tv
Amerikadakı erməni diasporu hiddətlənib Diaspor təşkilatları Barak Obamanı «soyqırım» ifadəsini işlətməməklə vədinə xilaf çıxmaqda günahlandırırlar ABŞ-ın erməni icması Barak Obamanın qondarma erməni soyqırımı ilə bağlı müraciətini narazılıqla qarşılayıb. Amerika Erməni Milli Komitəsinin (ANCA) sədri Ken Xaçikyan bildirib ki, Barak Obama verdiyi vədə əməl etmək iqtidarında deyil. Çünki senator olduğu dövrdə vədlər versə də, prezident kimi «erməni soyqırımı» ifadəsini işlətməyib: ««Soyqırım» sözündən çəkinməklə Barak Obama ABŞ-ı Türkiyənin siyasi şantajının girovuna çevirdi. ABŞ prezidentinin bu günkü bəyanatı onun Amerikanın gələcək soyqırımların qarşısının alınması siyasətində dəyişiklik edəcəyi barədə vədindən geri çəkildiyini göstərdi». ANCA sədri Barak Obamanı ABŞ adminisrasiyasının «erməni soyqırımı» məsələsindəki mövqeyinə yenidən baxmağa çağırıb. Amerika Erməni Assambleyası da etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda deyilir ki, Barak Obama öz çıxışı ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə yeni kurs verə bilərdi. Lakin Assambleya hesab edir ki, ABŞ prezidenti vədinə əməl etməyib. Təşkilatın icraçı direktoru Brayan Arduni isə bildirib ki, Barak Obamanın «erməni soyqırımı»nı tanımaması ABŞ-a olan etimadı azaldır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar