SON XƏBƏRLƏR

ABŞ rəsmi Tehrana qarşı daha sərt sanksiyalar qəbul edə bilər

2021.10.20, 07:36
ABŞ rəsmi Tehrana qarşı daha sərt sanksiyalar qəbul edə bilər

Gunaz.tv
ABŞ rəsmi Tehrana qarşı daha sərt sanksiyalar qəbul edə bilər Hillari Klintonun bu bəyanatına İranın xarici işlər naziri Manuçöhr Mottaki isə "nüvə enerjisi hər bir dövlət üçün,nüvə silahı heç kim üçün" deyə cavab verib "İran dünya dövlətlərinin çağırışına məhəl qoymadan öz nüvə proqramını inkişaf etdirməkdə davam edərsə, Amerika Birləşmiş Ştatları rəsmi Tehrana qarşı yeni və daha sərt sanksiyalar qəbul edəcək". Bunu bəyan edən dövlət katibi Hillari Klinton bildirib ki, İran ABŞ-ın prioritet məsələlərindən biridir və ölkəsi İrana əməkdaşlıq əlini uzadır. "Lakin bu rəsmi Tehranın danışıqlara getməyəcəyi halda ABŞ-ın müvafiq addımlar atmayacağı demək deyil". İran isə bir daha nüvə proqramının sülh xarakteri daşıdığını bəyan edib. Xarici işlər naziri Manuçöhr Mottaki İranın hüquqları alver predmeti olmamalı olduğunu bildirib. "Öz nüvə enerjisini malik olmaq və bunu inkişaf etdirmək hər bir dövlətin hüququdur. Bizim şüarımız - "nüvə enerjisi hər bir dövlət üçün, nüvə silahı heç kim üçündür" ifadəsidir". İran Ali Milli Təhlükəsizlik Şurasının yaydığı sənəddə isə bildirilir ki, rəsmi Tehran ilkin şərtlər olmadan onun nüvə proqramı ilə bağlı konstruktiv və bərabər hüquqlu danışıqların aparılması ideyasına müsbət yanaşır./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar