SON XƏBƏRLƏR

Bağdadda partlayışda 60 nəfər həlak olub

2021.10.20, 07:36
Bağdadda partlayışda 60 nəfər həlak olub

Gunaz.tv
Bağdadda partlayışda 60 nəfər həlak olub Bağdadda intiharçı partlayışdan sonra İraq polisinin məlumatına görə, şiə müsəlmanlarının Bağdaddakı əsas məbədlərindən birinə bomba hücumu nəticəsində 60 nəfər həlak olub. Polisin yaydığı məlumatda deyilir ki, imam Musa əl-Qədim məbədinin girəcəyində iki intiharçı özünü partladıb. Ölənlərin arasında 25 iranlı zəvvar olub. 120 nəfərdən çox insan yaralanıb, onların arasında ağır xəsarət alanlar da var. BBC-nin Bağdaddakı müxbiri deyir ki, bu hücumun cümə günə törədildiyi ondan xəbər verir ki, bu əməlin arxasında duranlar insanlar arasında çoxlu sayda tələfatın törədilməsini planlaşdırmışlar, çünki cümə günü məbəddə ibadət edənlərin sayı artır. Bu hücumdan bir gün əvvəl Bağdad və Baquba şəhərlərində intiharçı partlayışlar törədilmişdi. Həmin hücumlar zamanı 80 nəfərə qədər insan həlak olmuşdu. Onların əksəriyyəti - iranlı zəvvarlar idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar