SON XƏBƏRLƏR

Məscidlərdə anti-Türkiyə təbliğatı genişlənir . İranın işğalçı Ermənistanla əməkdaşlığına isə münasibət bildirilmir

2021.10.20, 07:36
Məscidlərdə anti-Türkiyə təbliğatı genişlənir . İranın işğalçı Ermənistanla əməkdaşlığına isə münasibət bildirilmir

Gunaz.tv
Türkiyə və Ermənistan arasında sərhəd məsələsiylə bağlı bir sıra dini qurumların, təşkilatların bəyanat vermələri, mövqe ortaya qoymaları diqqət çəkməyə bilməzdi. Ancaq o da maraqlıdır ki, həmin dini qrumular günü gündən inkişaf edən İran-Ermənistan əlaqələriylə bağlı hər hansı reaksiya vermirlər. Qeyd edək ki, Azərbaycan cəmiyyətinin Türkiyə və Ermənistan arasında AKP hökumətinin qurmaq istədiyi münasibətlərə etirazları təbii idi. Çünki Azərbaycan cəmiyyəti İrandan fərqli olaraq Türkiyəni özünə doğma sayır, Türkiyəyə etiraz da əslində qardaşın qardaşa etirazı idi. Ancaq İran Azərbaycanın maraqlarına düşmən sayıldığından cəmiyyətimiz bu dövlətin Ermənistanla münasibətlərinə də elə o fonda yanaşır. Amma məscidlərdə Fələstin məsələsindən danışan, ayətullaların fətvalarından söz açan din xadimlərinin İranın işğalçı Ermənistanla əlaqələrinə yönəlik hər hansı etiraz səsləndirməmələri tamam başqa məsələdir. Əslində yenicə qurulmağa başlayan Türkiyə-Ermənistan münasibətləriylə İran-Ermənistan münasibətləri müqayisə olunmayacaq səviyyədədir. Narahatçılıq doğuran həm də o məqamdır ki, son vaxtlar qəzetimizə bir sıra məscidlərdə Türkiyə-Azərbaycan münasibətlərini pozmağa xidmət edən informasiyaların yayıldığı barədə məlumatlar daxil olur. Bunun özü də İran-Ermənistan münasibətlərini görməməməzliyə vuran dini qurumlar, din xadimlərinin nədən cənub qonşumuzun hərəkətlərinə susqun qalmaları yönündə sualları aktuallaşdırır. Məsələ ilə bağlı öncə Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənməyə çalışdıq. Amma qurumdan sualımızı cavablandıracaq şəxs tapılmadı. Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu bizimlə söhbətdə dedi ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına münasibətləri mənfidir və bununla bağlı ictimai təşkilat kimi mövqeləri bəllidir. İran-Ermənistan əlaqələrinə gəlincə, Hacı İlqar İbrahimoğlu bildirdi ki, İran və digər müsəlman dövlətlərdən istəkləri odur ki, Qarabağ və Fələstin problemlərinə eyni cür yanaşsınlar: "Son proseslərdə Türkiyə cəmiyyətinin Azərbaycanın müttəfiqi olduğunu gördük. İranda da inanclı çevrələrlə əlaqələr qurulmalıdır. Onların Azərbaycan lehinə bir lobbi kimi könüllü iş aparmalarına nail olmaq lazımdır. Bu, daha münasib bir yoldur". Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar