SON XƏBƏRLƏR

TEHRANDA İSRAİL PORTAĞALLARI PEYDA OLUB

2021.10.20, 07:36
TEHRANDA İSRAİL PORTAĞALLARI PEYDA OLUB

Gunaz.tv
TEHRANDA İSRAİL PORTAĞALLARI PEYDA OLUB Tehran meriyası iki gündür şübhəli şəkildə ölkəyə gətirilib satışa çıxarılan İsrail portağallarını bazarlardan yığışdırması barədə açıqlama yayıb. Tehran meriyası meyvə-tərəvəz bazarları təşkilatının baş direktoru Səfai jurnalistlərə açıqlamasında portağalları Çin istehsalı adıyla naməlum şəxslərin gətirdiyini deyib. Səfai meriya əməkdaşlarının meyvə-tərəvəz bazarlarında satışa buraxılan portağalları tez bir zamanda yığışdırdığını və malı kimlərin və necə gətirməsi barədə araşdırmaya başlandığını vurğulayıb. İran və İsrail düşmən dövlətlərdir. Onların nə siyasi, nə iqtisadi, nə diplomatik əlaqələri var.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar