SON XƏBƏRLƏR

AZƏRBAYCANLI FƏALI EDAM ETMƏK İSTƏYİRLƏR

2021.10.20, 07:36
AZƏRBAYCANLI FƏALI EDAM ETMƏK İSTƏYİRLƏR

Gunaz.tv
AZƏRBAYCANLI FƏALI EDAM ETMƏK İSTƏYİRLƏR Yunis Ağayan Əlallahı təriqətindən olan azərbaycanlı fəal Yunis Ağayanın edamının qarşısını almaq üçün imza kampaniyasına başlanıb. Qoşaçayın Üçtəpə kəndindən olan Yunis Ağayan 2004-cü ildə dörd əlallahı - Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi və Baxşəli Məhəmmədi ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla həbs edilib. Məhkəmə 3 nəfəri 13 illik həbsə, M.Qasımzadə və Y.Ağayanı edama məhkum edib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb. imza kampaniyasının başlanması barədə məlumat yayan Güney Azərbaycan İstiqlal Partiyası Y.Ağayanın edamının qarşısını almaq üçün partiyanın İngiltərə təmsilçisi Araz Yurdsevənin aprelin 22-də Beynəlxalq Amnistiya Təşkilatının məsulları ilə müzakirələr apardığını bildirib. Məlumatda vurğulanır ki, A. Yurdsevən Y.Ağayanla yanaşı digər güneyli siyasi məhbuslara qarşı təzyiqlərin dayandırılması üçün İran rəsmilərinə təzyiq göstərilməsini xahiş edib. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar