SON XƏBƏRLƏR

ABŞ prezidenti «soyqırım» sözünü işlətmədi

2021.10.20, 07:36
ABŞ prezidenti «soyqırım» sözünü işlətmədi

Gunaz.tv
ABŞ prezidenti «soyqırım» sözünü işlətmədi Birləşmiş Ştatlar prezidenti Barak Obama uydurma erməni soyqırımı günü ilə bağlı ənənəvi çıxışında ermənilərin istəklərini ürəyində qoyub və onları məyus edib. Ağ Ev rəhbəri soyqırım sözünü işlətməyib. Amma o, 1915-ci ildə baş verənləri özündən əvvəlki prezidentlərlə müqayisədə daha kəskin tənqid edib. ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında «Soyqırım» sözü əvəzinə, erməni dilində «Böyük fəlakət» mənasını verən «Meds yekherm» sözünü işlədib. Barak Obama « 94 il əvvəl XX əsrin ən böyük qətliamlarından biri olub. Hər il Osmanlı imperiyasının son illərində 1,5 milyon erməninin qətlə yetirilməsini anırıq. O dövrün gerçəklərinin dürüst və tam olaraq qəbul edilməsini istəyirəm» deyə bildirib. Obama erməniləri qane edəcək sözü işlətməsə də, hadisələri fəlakət kimi dəyərləndirməklə seçkiqabağı kampaniya dönəmində verdiyi sözün üzərində qismən durmağa çalışıb. Birləşmiş Ştatlar prezidenti ötən aylarda Türkiyədə bir qrup insanın ermənilərdən üzr istəmək kampaniyası təşkil etməsinə işarə vuraraq, belə diskusiyaları və bu ölkənin Ermənistanla dialoqunu təqdir etdiyini söyləyib. ABŞ prezidentinin «Genosid» sözünü işlətməməsi erməniləri məyus edib. Amerikadakı erməni Milli Assambleyası və Erməni Milli Komitəsi Obamanı senator və prezidentliyə namizəd ikən verdiyi sözün üstündə durmamaqda ittiham edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar