SON XƏBƏRLƏR

Ərdoğan bazar ertəsi gəlir

2021.10.20, 07:36
Ərdoğan bazar ertəsi gəlir

Gunaz.tv
O, prezident İlham Əliyevlə Qarabağ və sərhəd mövzusunu müzakirə edəcək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə hazırlaşır. "OLAYLAR"ın məlumatına görə, Türkiyə hökuməti başçısının səfəri gələn həftənin bazar ertəsi realaşacaq. Ərdoğan Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və sərhədlərin açılması mövzusunda Türkiyə-Ermənistan danışıqları ilə bağlı yaranmış durumu müzakirə edəcəklər. Qeyd edək ki, Türkiyə tərəfi Dağlıq Qarabağ probleminin həllində irəliləyişə nail olunsa belə, qondarma "soyqırımı" araşdıran tarixçilərdən ibarət komissiya qurulmayınca, sərhədlərin açılmayacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar