SON XƏBƏRLƏR

Serj Sarksiyan: "Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq hüquq normaları çərçivəsində yalnız sülh yolu ilə həllini tapmalıdır

2021.10.20, 07:36
Serj Sarksiyan: "Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq hüquq normaları çərçivəsində yalnız sülh yolu ilə həllini tapmalıdır

Gunaz.tv
Serj Sarksiyan: "Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq hüquq normaları çərçivəsində yalnız sülh yolu ilə həllini tapmalıdır" Ermənistan prezidenti rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündə belə deyib Moskvada işgüzar səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidentinin Zavidovo iqamətgahında həmkarı Dmitri Medvedevlə təkbətək görüşüb. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və enerji sahəsində əməkdaşlığı müzakirə ediblər. Görüşdə Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etdiyinə görə, Rusiya prezidentinə təşəkkür edib. Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfərinə də toxunub. «Səfərin yekunlarına uyğun olaraq məmnunluqla qeyd etmək istəyirəm ki, sizin mövqeyiniz dəyişməzdir, möhkəmdir və münaqişənin beynəlxalq hüququn bütün prinsipləri əsasında həllinə əsaslanır. Məni sevindirir ki, Cənubi Qafqazda Rusiyanı özünün strateji partnyoru sayan daha bir ölkə də var. Bu isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunun artdığını göstərir». Rusiya prezidenti isə bu görüşün regional məsələlərin həlli üçün çox əhəmiyyətli olduğunu, Ermənistan və Rusiya arasında indiki çətin dövrdə intensiv danışıqların aparıldığını vurğulayıb. Görüşdə həmçinin iki ölkə arasında hərbi-siyasi, hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə edilib. Görüşdən sonra prezidentlər Zavidovo iqamətgahının bağında jurnalistlərin suallarını cavablandırıblar. D. Medvedev Serj Sarkisyanla indiki görüşünün, bir qədər əvvəl isə Azərbaycan prezidenti ilə görüşünün tərəflərin bu çətin münaqişənin həlli istiqamətində konstruktriv səylər göstərmək istədiklərini nümayış etdirdiyini bildirib. «Mən düşünürəm ki, bu baxımdan atılan addımlar ümüdvericidir». Ermənistan prezidenti münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll edilməli olduğunu bir daha vurğulayıb. «Mən çox şadam ki, Rusiya prezidenti bir daha öz mövqeyini təstiq etdi və bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq hüquq normaları çərçivəsində yalnız sülh yolu ilə həllini tapmalıdır. Biz buna cəhd göstəririk və bununla razıyıq. Deməli məsələnin həlli istiqamətində irəliyə doğru getməyə imkanlar var». Prezidentlər həmçinin iki ölkə arasındakı əlaqələri, iqtisadi böhranın nəticələrinin aradan qaldırılması və beynəlxalq məsələləri də müzakirə ediblər. Enerji sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib. Serj Sarkisyan yaxın 3-4 ildə Ermənistanda Rusiya şirkətlərinin iştirakı ilə yeni Atom Elektrik Stansiyasının inşasından sonra ölkədə Rusiya sərmayəsinin həcminin 5 milyard dollara çatacağını vurğulayıb. Qeyd edək ki, iki ölkənin birgə fəaliyyətinin prioritetlərindən biri də Ermənistanın dəmir yolu infrastrukturunun kompleks şəkildə müasirləşdirilməsidir. Görüşdə tərəflər Qafqaz-Poti-Qafqaz bərə keçidinin potensialının artırılması ilə bağlı işləri də davam etdirəcəklərini bildiriblər. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar