SON XƏBƏRLƏR

İranın nüvə proqramı barədə qarşılıqılı mesajlar səsləndirilir

2021.10.20, 07:36
İranın nüvə proqramı barədə qarşılıqılı mesajlar səsləndirilir

Gunaz.tv
Nüvə problemi yenidən gərginləşir İranın nüvə proqramı barədə qarşılıqılı mesajlar səsləndirilir. Rəsmi Vaşinqton Tehranı nüvə danışıqlarından imtina edəcəyi təqdirdə, daha sərt sanksiyayla hədələyərkən, İran tərəfi diplomatik səylərə hər zaman hazır olduğunu bildirib. Ölkəsinin nüvə proqramının yalnız dinc xarakter daşıdığını qeyd edən xarici işlər naziri Mənuçöhr Mottaki Tehranın sanksiyadan qorxmadığını bəyan edib. Mənuçöhr Mottaki bu fikirləri Brüsseldə səsləndirib. Somaliylə bağlı beynəlxalq konfransda iştirak edən İranın xarici işlər naziri amerikalı həmkarı Hillari Klintonun nüvə məsələsiylə bağlı son bəyanatına cavab verib. Birləşmiş Ştatların dövlət katibi ötən gün İranın nüvə ambisiyalarından əl çəkməyəcəyi halda daha sərt sanksiyayla üzləşəcəyini bəyan etmişdi. Bu hədəyə reaksiya Mənuçöhr Mottaki Vaşinqtonu İranın dinc məqsədli nüvə fəaliyyətini yaxşı analiz etməyə çağırıb. Bu arada İranın Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda rəsmi Tehranın nüvə məsələsi barədə danışıqlar aparmağa müsbət yanaşdığı qeyd olunub. Amma İran tərəfi müzakirələrin yalnız ilkin şərtsiz həyata keçirilməsini tələb edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar