SON XƏBƏRLƏR

Abdullah Gül İlham Əliyevlə telefon danışığı barədə açıqlama verib

2021.10.20, 07:36
 Abdullah Gül İlham Əliyevlə telefon danışığı barədə açıqlama verib

Gunaz.tv
Abdullah Gül İlham Əliyevlə telefon danışığı barədə açıqlama verib Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığının detalları barədə jurnalistlərə açıqlama verib. RİA-nın məlumatına görə, Türkiyə prezidenti yerli jurnalistlərə bildirib ki, İlham Əliyevlə telefon danışığı normal keçib. Abdullah Gül bildirib ki, hazırda aparılan danışıqlar təkcə Türkiyə-Azərbaycan və ya Türkiyə-Ermənistan arasında deyil, Rusiya, ABŞ, Avropa Birliyi ilə münasibətlərdən də söhbət gedir. Prezident bəyan edib ki, bu günə qədər atılmış hər bir addım Türkiyə və Azərbaycanın maraqlarına xidmət edib. “Danışıqlar uğurla sonuclanarsa, bundan həm Türkiyə, həm Azərbaycan, həm Ermənistan, həm də bütün bölgə fayda görəcək”, - deyə Abdullah Gül bildirib. “Azərbaycanın dövlət başçısı İlham Əliyevlə mütəmadi təmaslarımız olub. Üç dəfə Bakıda olmuşam. 2-3 həftə ərzində çoxsaylı danışıqlarımız olub. Aramızda hər hansı anlaşılmazlıq yoxdur”, - deyə prezident əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar