SON XƏBƏRLƏR

ETTELAAT PREZİDENT SEÇKİSİNDƏ ƏKS-TƏBLİĞATA QADAĞA QOYUR

2021.10.20, 07:36
ETTELAAT PREZİDENT SEÇKİSİNDƏ ƏKS-TƏBLİĞATA QADAĞA QOYUR

Gunaz.tv
ETTELAAT PREZİDENT SEÇKİSİNDƏ ƏKS-TƏBLİĞATA QADAĞA QOYUR Möhsüni Ejei İranın kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında iyunun 12-də keçiriləcək prezident seçkisində namizədliyini irəli sürənlərə və digər seçki fəallarına ayrı-ayrı namizədlərə qarşı təxribat aparmamaq barədə xəbərdarlıq edib. Ejei rəqib namizədlərə qarşı təbliğat aparanlar barədə ciddi tədbirlər görüləcəyini vurğulayıb: “Prezidentliyə namizədliyini irəli sürənlər və onların tərəfdarları yalnız öz seçkiqabağı platformalarına yönəlik təbliğat aparmalı və bu barədə danışmalıdır. Bu prinsipə riayət etməyənlərin qarşısı alınacaq və barələrində ciddi tədbirlər görüləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar