SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD OLAN AZƏRBAYCAN TÜRKÜ: “ƏHMƏDİNEJAD ÖZÜNÜ FƏLƏSTİN XALQININ NÜMAYƏNDƏSİ KİMİ APARIR”

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD OLAN AZƏRBAYCAN TÜRKÜ: “ƏHMƏDİNEJAD ÖZÜNÜ FƏLƏSTİN XALQININ NÜMAYƏNDƏSİ KİMİ APARIR”

Gunaz.tv
PREZİDENTLİYƏ NAMİZƏD OLAN AZƏRBAYCAN TÜRKÜ: “ƏHMƏDİNEJAD ÖZÜNÜ FƏLƏSTİN XALQININ NÜMAYƏNDƏSİ KİMİ APARIR” Əkbər Ələmi Prezidentliyə namizəd, təbrizli Azərbaycan türkü Əkbər Ələmi Tehran Universitetinin tələbələri ilə görüşündə seçkiqabağı platformasını açıqlayıb. Ələmi deyib: “Prezident seçilsəm, xarici siyasətdə əsas xətt ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, digər dövlətlərin daxili işlərinə qarışmamaq, hər hansı hegemon dövlətin təsiri altına düşməmək, digər ölkələrlə qarşılıqlı ehtiram əsasında münasibətlər qurmaq və hər hansı ilkin şərt qoymadan ABŞ-la dialoqa başlamaq olacaq”. Ələmi prezident Mahmud Əhmədinejadın xarici siyasətini, o cümlədən ötən həftə irqçiliyə qarşı beynəlxalq konfransdakı anti-İsrail çıxışını tənqid edib: “Təəssüf ki, Əhmədinejad konstitusiyanı tam həyata keçirmək, əhalinin maraqlarını təmin etməkdənsə özünü Fələstin xalqının tam səlahiyyətli nümayəndəsi kimi aparır. Ölkənin beynəlxalq aləmdə təhqir olunmasına şərait yaratmaq həm İran, həm də Fələstin xalqlarının mənafeyinə xələl gətirir. Dünyada heç bir hökumət başqa bir xalqın mənafeyini öz xalqının milli maraqlarından üstün tutmur”. Ələmi prezidentin əhali qarşısında öhdəlik götürdüyünü, vətəndaşların müxtəlif ehtiyaclarının təmin olunmasında məsuliyyət daşıdığını deyib: “Ehtiyacların təmin olunması iqtisadi inkişafdan asılıdır. İqtisadi inkişaf iqtisadi təhlükəsizlik və xarici sərmayənin cəlb olunmasından asılıdır. Lakin xarici sərmayə yalnız o yerə gedər ki, orada təhlükəsizlik olsun. Elə buna görə də biz çaxnaşmaya gətirib çıxaran hər hansı bir xarici siyasətdən imtina etməli, bütün ölkələrə dost əli uzatmalıyıq”. Sabiq deputatın iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsi «Bəsic»in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar