SON XƏBƏRLƏR

Daşnaksütun Ermənistan-Türkiyə razılaşmasının əleyhinə çıxdı

2021.10.20, 07:36
Daşnaksütun Ermənistan-Türkiyə razılaşmasının əleyhinə çıxdı

Gunaz.tv
Partiya koalisiya hökumətində iştirakın məqsədəuyğunluğunu müzakirə edəcək Daşnaksütun Partiyası Ermənistandakı hakim koalisiyada iştirakının məqsədəuyğunluğuna yenidən baxacaq. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, buna Türkiyə-Ermənistan münasibətindəki dəyişikliklər səbəb olub. Partiyanın yaydığı bəyanatda bildirilir ki, Türkiyə ilə xoş qonşuluq münasibətləri ancaq Ankaranın “erməni soyqırımı”nı tanımasından və ermənilərin hüququnu bərpa etməsindən sonra mümkündür: “İlkin şərt olmadan blokadanın götürülməsi və diplomatik münasibətlərin qurulması bu yolda ancaq ilk addım ola bilər. Biz öz prinsiplərimizə sadiq qalaraq aprelin 22-də Türkiyə ilə birgə imzalanan bəyanatı yolverilməz hesab edirik”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar