SON XƏBƏRLƏR

Xamenei ABŞ-ın şərtlərini rədd etdi

2026.02.17, 16:57
Xamenei ABŞ-ın şərtlərini rədd etdi

Gunaz.tv

İran ilə ABŞ arasında Cenevrədə başlayan danışıqlar fonunda İranın ali rəhbəri Əli Xamenei Vaşinqtonun irəli sürdüyü şərtləri açıq şəkildə rədd edib.

Xamenei çıxışında ABŞ prezidenti Donald Trampın mövqeyinə toxunaraq bildirib ki, İran ABŞ və onun “hazırkı rəhbərləri” qarşısında geri çəkilməyəcək və heç bir formada “beyət etməyəcək”.

Onun bu açıqlaması Tehran və Vaşinqton arasında yeni mərhələyə daxil olan danışıqlar ərəfəsində səsləndirilib və tərəflər arasındakı gərginliyin davam etdiyini göstərir.

Müşahidəçilər hesab edirlər ki, sərt bəyanatlar Cenevrədə aparılan diplomatik prosesə təsirsiz ötüşməyə bilər.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar