SON XƏBƏRLƏR

ABŞ müttəfiqləri İrana təzyiq üçün koalisiya qurur

2026.04.02, 06:45
ABŞ müttəfiqləri İrana təzyiq üçün koalisiya qurur

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə: ABŞ-ın müttəfiqlərindən ibarət koalisiyanın İran üzərinə təzyiq göstərmək və Hörmüz boğazının açılmasını təmin etmək üçün addımlar atdığı barədə məlumatlar yayılıb. ABŞ-ın bu toplantıda iştirak edəcəyi gözlənilmir.

Bildirilir ki, bu koalisiya diplomatik, iqtisadi və hətta hərbi variantları gündəminə daxil edib və müxtəlif ssenarilər üzərində müzakirələr aparır.

Məlumatlara əsasən, diplomatik yol nəticə verməzsə, İranın neft və gəmiçilik sənayesinə qarşı iqtisadi təzyiq tədbirləri nəzərdən keçiriləcək, növbəti mərhələdə isə hərbi variantlar gündəmə gətiriləcək.

Bu arada yayılan digər xəbərlərə görə, Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının açılması üçün hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bildirib.

Bununla belə, “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ rəsmiləri hesab edir ki, Hörmüz boğazının qısa müddətdə hərbi yolla açılması ciddi çətinliklərlə üzləşə bilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar