SON XƏBƏRLƏR

Mahşəhr neft-kimya kompleksindən hücumdan sonrakı görüntülər yayıldı (video)

2026.04.05, 06:39
Mahşəhr neft-kimya kompleksindən hücumdan sonrakı görüntülər yayıldı (video)

Gunaz.tv

Enerji infrastrukturuna qarşı hücumların davam etdiyi bir vaxtda, Xuzistan vilayətinin Mahşəhr şəhərində yerləşən neft-kimya komplekslərinə ABŞ və İsrailin hava zərbəsindən sonra yeni görüntülər və detallar yayılıb.

Gunaz TV-nin məlumatına görə, yayımlanan sənədlər və görüntülər bu hücumun ciddi maddi ziyan vurduğunu göstərir.

Xuzistan valisinin təhlükəsizlik üzrə müavini bildirib: «ABŞ və İsrail qırıcıları şənbə günü səhər saat 10:47 radələrində Mahşəhrdə bir neçə neft-kimya kompleksini hədəfə alıb.» Bu hücumda Fəcr, Əmir Kəbir, Bu-əli Sina və Bəndər İmam kimi komplekslər vurulub.

Məlumatlara görə, azı bir nəfər ölüb, beş nəfər isə yaralanıb. Yerli rəsmilər hücumdan sonra yaranan yanğınların nəzarət altına alındığını və ərazinin tam boşaldıldığını açıqlayıb.

Bu hücumun İran hakimiyyətinin iqtisadi gücünü zəiflətmək məqsədilə həyata keçirilən hərbi təzyiqlərin bir hissəsi olduğu bildirilir. Xuzistan vilayəti ölkənin əsas benzin və neft-kimya məhsulları istehsal mərkəzlərindən biri hesab olunur və həm daxili təminatda, həm də ixracda mühüm rol oynayır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar