SON XƏBƏRLƏR

İsveçrə ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırdır - XİN

2026.05.07, 12:19
İsveçrə ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırdır - XİN

İsveçrə ABŞ ilə İran İslam Respublikası arasındakı mübahisəni həll etmək üçün danışıqlara ev sahibliyi etməyə hazırdır.

Gunaz.tv

Bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melanie Gogelmann Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində deyib.

"İsveçrə Sülhün təmin edilməsinə yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır və xarici işlər nazirliyimiz bütün tərəflərlə əlaqə saxlayır",- o əlavə edib.

"Axios" xəbər saytı dünən mənbələrə istinadən Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaq üçün bir səhifəlik memorandum imzalamaq ərəfəsində olduqlarını bildirib. 

Mənbələr razılaşmanın təfərrüatları ilə bağlı danışıqların İslamabadda və ya Cenevrədə keçirilə biləcəyini qeyd ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar