SON XƏBƏRLƏR

İsveçrədə dağ kurortu İran və ABŞ nümayəndələrinə ev sahibliyi edəcək

2026.06.16, 22:50
İsveçrədə dağ kurortu İran və ABŞ nümayəndələrinə ev sahibliyi edəcək

İsveçrə hökuməti İran və ABŞ arasında imzalanacaq razılaşmanın rəsmi mərasiminin ölkənin mərkəzində yerləşən dağ kurortunda keçiriləcəyini açıqlayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsveçrə hökuməti bildirib ki, razılaşmanın imzalanma mərasimi cümə günü məşhur “Bürgenştok” dağ kurortunda baş tutacaq.

İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, ölkə son günlər ABŞ, İran, Pakistan və Qətər ilə mərasimin təşkili barədə sıx diplomatik təmaslar aparıb.

Bəyanata əsasən, tədbirin keçirilməsi üçün seçilən məkan Pakistan və Qətər vasitəçiləri, həmçinin ABŞ və İran tərəfləri tərəfindən təklif olunub.

Qeyd edilib ki, İran və ABŞ arasında gərginliyin azaldılması və müharibənin dayandırılması məqsədi ilə hazırlanan memorandum daha əvvəl elektron qaydada imzalanmışdı. İndi isə sənəd cümə günü yüksək səviyyəli nümayəndələrin iştirakı ilə rəsmi şəkildə təsdiqlənəcək.

Bürgenştok İsveçrədə beynəlxalq görüşlər və mühüm diplomatik danışıqlar üçün istifadə olunan ən tanınmış mərkəzlərdən biri kimi tanınır.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar