SON XƏBƏRLƏR

İsrail: İranın kiberhücum dalğası güclənib

2026.06.29, 09:20
İsrail: İranın kiberhücum dalğası güclənib

Gunaz.tv

İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarının başlamasından sonra İran tərəfindən həyata keçirildiyi iddia olunan kiberhücumlar İsrailə qarşı ciddi şəkildə artıb.

Günaz TV-nin məlumatına görə, İsrail Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yusi Karadi bildirib ki, 2026-cı ilin iyun ayında qeydə alınan kiberhadisələrin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

O deyib: “Bu qruplardan bəziləri çox bacarıqlıdır. Biz onlarla mübarizə apara bilərik, amma onları ciddi qəbul etməliyik. Hərbi sahədən fərqli olaraq, kiber məkanda atəşkəs yoxdur.”

Karadi bildirib ki, bu hücumlar İsrailin kritik infrastrukturlarını, dövlət qurumlarını, şirkətləri və vətəndaşları hədəf alıb.

O vurğulayıb ki, İsrail indiyədək kritik infrastrukturlara qarşı hücumların qarşısını ala bilib, lakin bəzi zəif qorunan şirkətlərin kompüter sistemləri tamamilə sıradan çıxıb.

İran isə adətən digər ölkələrə qarşı kiberhücumlar həyata keçirdiyi ilə bağlı ittihamları rədd edir.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar