SON XƏBƏRLƏR

Ağ Evdə İranla bağlı kritik görüş keçirildi

2026.07.28, 23:58
Ağ Evdə İranla bağlı kritik görüş keçirildi

Tramp və Netanyahu İran məsələsini Ağ Evdə qapalı görüşdə müzakirə ediblər.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşü “əla” adlandırıb və bildirib ki, tərəflər İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsində ortaq mövqedən çıxış edirlər.

Netanyahu çərşənbə axşamı yayımladığı videomüraciətdə deyib: “Mən indicə prezident Trampla əla görüşü başa vurdum.”

O əlavə edib: “Bu görüşdə ortaq məqsədimiz olan İranın nüvə silahı əldə etməməsini təmin etmək məsələsini müzakirə etdik.”

İsrailin baş naziri görüşü ABŞ prezidenti ilə keçirdiyi ən uğurlu danışıqlardan biri kimi qiymətləndirərək deyib: “Bu, indiyədək ABŞ prezidenti, dostumuz Donald Trampla keçirdiyim ən yaxşı görüşlərdən biri idi.”

Bu, İranla müharibənin başlanmasından sonra Donald Tramp və Benyamin Netanyahu arasında keçirilən ilk üz-üzə görüş olub. Görüş Ağ Evdə jurnalistlərin iştirakı olmadan, qapalı qapılar arxasında baş tutub.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar