SON XƏBƏRLƏR

Yaponiya Tehrana: Tezliklə razılaşın

2026.08.12, 20:10
Yaponiya Tehrana: Tezliklə razılaşın

Tokio Tehran və Vaşinqtondan tezliklə razılaşma tələb edib.

Gunaz.tv

GünAz TV xəbər verir; Yaponiyanın baş naziri İran prezidenti ilə keçirdiyi dördüncü telefon danışığında «Hörmüz boğazında vəziyyətin mümkün qədər tez sakitləşdirilməsini» istəyib.

Sanae Takaichi Məsud Pezeşkianla telefon danışığında İran və ABŞ-ın əvvəlki anlaşma əsasında danışıqları davam etdirməli və mümkün qədər tez yekun və hərtərəfli razılaşmaya nail olmalarının vacibliyini vurğulayıb; bu razılaşmaya nüvə məsələsi də daxil olmalıdır.

İran prezidenti də telefon danışığı zamanı Tehranın «beynəlxalq qanunlara və öhdəliklərə tam şəkildə riayət etdiyini və onları heç bir şəkildə pozmadığını» bildirib.

Yaponiyanın baş naziri telefon danışığının digər hissəsində ölkəsinin bir vətəndaşının probleminin həll olunmasını istəyib. Həmin şəxs İran-ABŞ müharibəsi zamanı iki ay yarımdan çox İranda həbsdə saxlanılıb və azad edildikdən sonra da İranı tərk edərək Yaponiyaya qayıtmasına icazə verilməyib.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiyanın NHK radio və televiziya şəbəkəsinin İrandakı ofisinin rəhbəri Şinsuke Kavashima İranda ölkəboyu etirazların yatırılmasından sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

GunAz TV
R.G

 

Tehranda yaponiyalı jurnalist həbs edilib

2026.02.26, 09:19

Tehranda yaponiyalı jurnalist həbs edilib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar