SON XƏBƏRLƏR

İranın bodibildinq federasiyası dayandırıldı

2026.09.18, 17:35
İranın bodibildinq federasiyası dayandırıldı

Gunaz.tv

Beynəlxalq Fitnes və Bodibildinq Federasiyası (IFBB) İranın Bodibildinq və Fitnes Federasiyasını və onun prezidenti Müctəba Məliki seçkilərdə “ciddi pozuntular”a yol verildiyini əsas gətirərək dayandırıb.

Gunaz TV xəbər verir ki, beynəlxalq qurumun İran Milli Olimpiya Komitəsinə və federasiyaya göndərdiyi məktubda seçki namizədlərinin bərabər imkanlara malik olmadığı bildirilib. Federasiyanın sabiq prezidenti və icraiyyə komitəsinin üzvü Əbdülmehdi Nəsirzadənin seçkilərdə və Baş Assambleyada iştirakına imkan verilmədiyi qeyd olunub.

Beynəlxalq federasiya vurğulayıb ki, İran federasiyasının dayandırılması iranlı idmançılara, məşqçilərə və hakimlərə şamil edilmir və onlar federasiyanın rəsmi yarışlarında və proqramlarında iştiraklarını davam etdirə bilərlər.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar